Vahid Əhmədov Əli Hüseynli və Qüdrət Həsənquliyevə qarşı

Millət vəkili Vahid  Əhmədov bəzi deputat həmkarlarının Azərbaycanın  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT)  qoşulması ilə bağlı təkliflərinə  sərt reaksiya verib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə üzvü olduğu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında danışan deputat bildirib ki, təklifi irəli sürənlər  iddia edirlər ki, Azərbaycan bu təşkilata qoşularsa, Dağlıq Qarabağ problemi həll olunar.

VAHİDDD

“Unutmayaq ki,  Azərbaycan müstəqilliyini əldə etmək üçün çox qanlı yol keçib. Ona görə Azərbaycanın KTMT-yə  daxil olması  düzgün deyil. Düzdür, Rusiya  böyük ölkədir və Rusiya ilə yaxşı siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrimiz var və dövlət başçıları arasında da  gözəl münasibət mövcuddur , bu münasibətlər indi də davam edir.  Ancaq, bu, o demək deyil ki, Azərbaycan hər hansı bir hərbi bloka daxil olmalı, müsətqilliyini əldən verməlidir? Buna yol vermək, KTMT-yə qoşulmaq olmaz”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, bu təkliflə millət vəkili Əli Hüseynli çıxış edib və onun təklifi həmkarı Qüdrət Həsənquliyev tərəfindən dəstəklənib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Deputatların ürəyi dolu idi…

Read Next

Tütün məmulatlarından istifadəyə görə cərimə nə qədərdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir