Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Cahangir Əsgərov hazırda məzuniyyətdədir, qayıdan kimi onunla görüşəcəm və bu problemi onun diqqətinə çatdıracam”
Millət vəkili Vahid Əhmədov Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il yaz sesiyası ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 19-da keçirilən iclasında Azərbaycan aviasiyası, “AZAL”la bağlı tənqidi fikirlərini dilə gətirib.
Etikxeber.az-ın məlumatına görə, o, “AZAL”-ı monopolistlikdə ittiham edib.
“Azərbaycan aviasiyası, hava nəqliyyatı ilə bağlı tənqidi fikirlərimi, iradlarımı dilə gətirmək istəyirəm. Bununla bağlı, ümumiyyətlə, son illər çoxlu tənqidlər, iradlar səsləndirilir. Bugünlərdə özümün şahidi olduğum bir hadisədən danışmaq istəyirəm. Ötən ilin sonlarında yoldaşımla Türkiyəyə getmişdik, özü də “biznes-klass”la…Sonra elə oldu ki, iki gün gecikəsi oldum.
“AZAL”-ın Türkiyədə nümayəndəliyi var, ora müraciət edəndə dedilər ki, bizlik deyil, biz biletləri dəyişə bilmərik, haradan almısınız, orada da müraciət edin…Bu nə deməkdir, nə özbaşınalıqdır? Bütün bunlar “AZAL”-ın monoplist olmasından irəli gəlir. Çünki başqa şirkətlər Azərbaycanın hava nəqliyyatına, hava məkanına buraxılmır. “AZAL” hər şeyi inhisarında saxlayır, nəticədə də bu cür problemlər, narazılıqlar yaşanır”-deyə, o, sözlərinə əlavə edib.
Azərbaycan Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov da problemi “AZAL”-ın rəhbərliyinə, Cahangir Əsgərova çatdıracağını bildirib:
“O, hazırda məzuniyyətdədir, qayıdan kimi onunla görüşəcəm və bu problemi onun diqqətinə çatdıracam”.
Etikxeber.az