Vahid Əhmədov hökumətdən şikayətləndi

“Dövlət qurumları deputatın sorğusuna  ya müsbət,  ya da mənfi olsun,  ancaq bu  cavabı verməlidir. Ancaq bunu etmirlər”.
Etikxeber.az xəbər verir ki, bu fikri millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən islasında  MBNP sədri Rüfət Aslanlıya  ölkədəki bank sektorunda yaranmış vəziyyyətlə bağlı  ünvanladığı təkliflər paketinə cavab verilməməsi ilə bağlı deyib.
Onun sözlərinə görə, dörd ay bundan öncə həmkarı   Əli Məsimli ilə birgə MBNP,  Baş nazir, maliyyə naziri, Mərkəzi  Bank, Prezident Administrasiyası, Milli Məclis sədrinə ölkədəki bank sektorunda baş verən vəziyyətlə  bağlı təkliflə müraciət ediblər: “Ancaq indiyədək bizim müraciətimizə cavab verilməyib. Qanunla deputatın sorğusuna bir ay müddətinə cavab verilməlidir. Bu cavab müsbət  və ya mənfi olacaq, bu başqa məsələ dir. Ancaq cavab verilməlidir”.
Etikxeber.az

Read Previous

Ziyad Səmədzadə: “Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün əlavə tədbirlər görülür”

Read Next

Quba-Xınalıq yolu açılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir