Vahid Əhmədov Rüfət Aslanlını və qurumunu sərt tənqid etdi…

Komitə sədri ilə millət vəkili arasında fikirlər haçalandı
 
Vahid Əhmədov: “Rəqabət Məcəlləsi ilə əlaqədar olaraq qanunda bir neçə mübahisəli məsələlər var ki…”
 

Millət vəkili Vahid Əhmədov Rəqabət Məcəlləsini Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasının iş planına daxil edilməsini təklif edib. 

Etikxeber.az xəbər verir ki, bu təklifini adıçəkilən komitənin sentyabrın 15-də keçirilən iclasında dilə gətirən V. Əhmədov strateji yol xəritəsində əksini tapan Rəqabət Məcəlləsinin qəbul edilməsinin vacib olduğun deyib. MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, bu yaxınlarda Rəqabət Məcəlləsinin hazırlanması ilə bağlı Prezident Administrasiyasının rəsmisi ilə müzakirələr aparılıb: “Rəqabət Məcəlləsi ilə əlaqədar olaraq qanunda bir neçə mübahisəli məsələlər var. Bu istiqamətdə çox ciddi işlər aparılır. Söhbət ondan gedir ki, Rəqabət Məcəlləsinin qəbulu ilə əlaqədar xüsusi orqan yaradılmalıdır ya yox? Bu məsələ ətrafında mübahisə gedir. Mənə elə gəlir ki, strateji yol xəritəsinin monitorinqində Rəqabət Məcəlləsinin qəbulunun tezləşdirilməsi öz əksini tapıb”.

Bundan sonra V. Əhmədov çıxışnda  həmçinin,  Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətini sərt tənqid edib.  Onun qeyd etdiyinə görə, MBNP yaradılanda qurumun bank sektorunun sağlamlaşdırılması ilə bağlı ciddi işlər görəcəyi gözlənilirdi, lakin bu baş vermədi: “Çox təəssüf ki, biz bunun şahidi olmadıq. Biz bank sektorunun sağlamlaşdırılmasını, problemli kreditlərin həcminin azaldılacağını gözləyirdik. 2016-cı ildə problemli kreditlərin həcmi 1,6 milyard manat idisə, indi bu göstərici artaraq 1,8 milyard manatı keçib”. Millət vəkili ölkədə hələ də kreditlər üzrə faizlərin yüksək olduğundan narahatlığını diqqətə çatdırıb: “Biz görürük ki, bankların kredit faizləri çox yüksəkdir. Kredit faizləri 28-30%-ə çatır. Buna görə də əhali kreditləri qaytarmaqda çətinlik çəkir”.Mərkəzi Bankın yürütdüyü pul-kredit siyasəti nəticəsində manatın məzənnəsində sabitliyin əldə edildiyini deyən V. Əhmədov bank sektorunda sağlamlaşdırmanın vacib olduğunu vurğulayıb: “Mən dəfələrlə təklif etmişəm ki, bank sektorunun təmsilçiləri Milli Məclisə dəvət olunsun. Onlar bizə məlumat versinlər ki, bu proses nə qədər uzanacaq”.
Z. Səmədzadə də öz növbəsində millət vəkilinin bu yöndəki bəzi fikirləri razı olduğunu, bəziləri iləsə razılaşmadığını qeyd edib.
Etikxeber.az

Read Previous

“Hesablama Palatası haqqında” qanun da dəyişdirilir

Read Next

“Bu faktorlar imkan verir ki…” – SONA ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir