Vahid Əhmədovdan onu tənqid edənlərə sərt cavab gəldi: “SİFARİŞDİR”

Xəbər verildiyi kimi, “Yeni Azərbaycan” qəzetində millət vəkili Vahid Əhmədovla bağlı geniş tənqidi material yayımlanıb. Həmin məqalədə iqtisadçı deputatın ünvanına bir sıra ittihamlar səsləndirilib.

Etikxeber.az-ın məlumatına görə, millət vəkili sözügedən tənqidi yazı ilə bağlı bakipost.az-a açıqlama verib və barəsində deyilənlərə aydınlıq gətirib.

V. Əhmədov yazının kiminsə sifarişi olduğunu vurğulayıb:

“Mən hər zaman öz mövqeyimi bildirən bir adamam. Azərbaycan cəmiyyəti məni yaxşı tanıyır, həmişə dövlətçiliyə bağlı olmuşam, müstəqilliyə səs vermişəm. Bütün çıxışlarım və fəaliyyətim göz qabağındadır. Bu, ola bilsin ki, kiminsə sifarişidir”.

Deputatın sözlərinə görə, bu sifarişin hökumət üzvlərindən gəldiyinə inanmır:

“Mənim hökumət üzvləri ilə normal münasibətlərim var, “Şöhrət” ordeni almışam. Görünür ki, çıxışlarım kimlərinsə xoşuna gəlmir. Kimin mövqeyi nədən ibarətdir, özü bilər. Mən mətbuata, insanlara açıq adamam, əhali ilə təmasdayam. Jurnalistlər hamısı məni yaxşı tanıyır”.

Millət vəkili bu məqalənin son zamanlar bank sektoru ilə bağlı etdiyi çıxışlardan irəli gəlməsi ehtimalına belə münasibət bildirib:

“Mən bank sektorunda baş verənlərdən danışıram, hökumətə təkliflərimiz olur. Prezidentin tapşırığı ilə bankların sağlamlaşdırılması istiqamətində iş gedir, bizim də öz təkliflərimiz olur”.

Etikxeber.az

Read Previous

İspaniya çempionluğu əldən vermir… – FOTO

Read Next

“İslamiada”: İdmançılarımız qələbə seriyasını davam etdirir – YENİLƏNİB (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir