Valeh Ələsgərov: “Afrika İttifaqı ilə əlaqələr yüksək səviyyədə deyil…”

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, V. Ələsgərov vaxtilə Azərbaycanın təhsil sahəsində Afrika İttifaqı ilə əlaqələrinin çox güclü olduğunu vurğulayıb. Hazırda Afrika İttifaqı ilə iqtisadi əlaqələrin yüksək səviyyədə olmadığını da təəssüf hissi ilə qeyd edib. Bu əlaqələrin inkişafı üçün yüksək potensialın olduğu diqqətə çatdırılıb. Sədr müavini Afrika İttifaqına daxil olan 26 ölkə ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıqdan danışıb, qeyd edib ki, bu ölkələr hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələlərində dəstək göstərirlər.

Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak məqsədilə ölkəmizə səfər etdiyini deyən Aişə Abdullahi Azərbaycanda gördüyü qonaqpərvərlikdən və keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. O da öz növbəsində Afrika İttifaqının Azərbaycan ilə iqtisadi və mədəni sahələrdə əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb. Təhsil sahəsində bəzi işlərin görüldüyünü diqqətə çatdıran qonaq bildirib ki, hazırda Bakı Ali Neft Məktəbində və ADA Universitetində Afrika İttifaqından olan onlarla tələbə təhsil alır.

Etikxeber.az

Read Previous

“BlackBerry” smartfon istehsalından imtina edib- RƏSMİ AÇIQLAMA

Read Next

Zümrüd Yağmurun romanının satışına qadağa qoyulub?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir