“Valensiya”, “Real”, “Verona”, “PSJ” sevincli, “Bavariya”, “Tuluza”, “Qranada” üzgün…

İspaniya La Liqasında VIII turun oyunları davam edir.

Etikxeber.az məlumat verir ki, turun 4 matçı keçirilib.

Çempionatın lideri “Real” öz meydanında ən yaxın izləyicisi “Qranada”nı məğlub edib. 6 qolun vurulduğu görüşdə Eden Azar İspaniya çempionatında ilk dəfə fərqlənib.

“Valensiya” “Alaves”ə, “Levante” “Leqanes”ə eyni – 2:1 hesabı ilə qalib gəlib. “Osasuna” eyni hesabla “Vilyarreal”l məğlubiyyətə uğradıb.

Qeyd edək ki, tura oktyabrın 6-da yekun vurulacaq.

İspaniya La Liqası
VIII tur
5 oktyabr
“Leqanes” – “Levante” – 1:2

Braytveyt, 76 – Marti, 45 (pen.), Kampana, 49
“Real” – “Qranada” – 4:2
Benzema, 2, Azar, 45, Modriç, 62, Xames, 90 – Maçis, 69 (pen.), Duarte, 77
“Valensiya” – “Alaves” – 2:1
Qomes, 27, Parexo, 83 (pen.) – Peres, 89
“Osasuna” – “Vilyarreal” – 2:1
Ronkaqliya, 46, Avila, 79 – Torres, 5

İtaliya A seriyasında  da VII turun üç matçı keçirilib.

“Spal” öz meydanında “Parma”nı bir qolla məğlub edib.

“Verona” “Sampdoriya”nın qapısından iki top keçirib. Ağır günlərini yaşayan “Milan” isə “Cenoa” üzərində əzmkar qələbə əldə edib – 2:1.

 Qeyd edək ki, turun son oyunları oktyabrın 6-da baş tutacaq.

İtaliya A seriyası
VII tur
5 oktyabr
“Spal” – “Parma” – 1:0

Petanya, 31
“Verona” – “Sampdoriya” – 2:0
Kumbulla, 9, Murru, 81 (avtoqol)
“Cenoa” – “Milan” – 1:2
Şone, 31 – Ernandes, 51, Kessi, 57 (pen.)

Həmçinin, Fransa Liqa1-də IX tur davam edir.

Tur çərçivəsində 6 oyun keçirilib.

PSJ ən yaxın izləyicilərindən biri “Anje”ni 4 cavabsız qolla darmadağın edib. “Monako” “Monpelye” ilə səfər görüşündə uduzub. “Nant” növbəti qələbə ilə liderlə 2 xallıq fərqi qoruyub. “Dijon”, və “Brest” də doğma azarkeşlər önündə qalib gəlib. “Bordo” isə üç xalı səfərdə qazanıb.

Qeyd edək ki, tura oktyabrın 6-da yekun vurulacaq.

Fransa Liqa1
IX tur
5 oktyabr
PSJ – “Anje” – 4:0

Sarabia, 13, İkardi, 37, Queye, 59, Neymar, 90
“Dijon” – “Strasburq” – 1:0
Mavididi, 38
“Nant” – “Nitsa” – 1:0
Simon, 86
“Tuluza” – “Bordo” – 1:3
Koulouris, 61 – De Previl, 1, Kastro, 19, Ul-Jo, 53
“Monpelye” – “Monako” – 3:1
Molle, 31, Mendes, 39, Delort, 56 – Ben Yedder, 68
“Brest” – “Mets” – 2:0
Faussurye, 11, Kastelletto, 45

Eyni zamanda, Almaniya Bundesliqasında VII tur davam edir.

Turun 5 oyunu keçirilib.

Çempionatın lideri “Bavariya” gözlənilmədən evdə “Hoffenhaym”a uduzub. Liderin izləycilərindən “Leypsiq”lə “Bayer” bir-biri ilə heç-heçə ediblər. “Şalke” və “Frayburq” da turu bir xalla başa vurublar. Sonuncular daha bir iddialı Dortmund “Borussiya”sı isə heç-heçə edib.

 Qeyd edək ki, turun digər oyunları oktyabrın 6-da keçiriləcək.

Almaniya Bundesliqası
VII tur
5 oktyabr

“Bayer” – “Leypsiq” – 1:1
Volland, 65 – Nkunku, 78
“Bavariya” – “Hoffenhaym” – 1:2
Levandovski, 73 – Adamyan, 54, 79
“Frayburq” – “Borussiya” D – 2:2
Valdşmidt, 55, Akanji, 89 (avtoqol) – Vitsel, 20, Hakimi, 67
“Paderborn” – “Mayns” – 1:2
Zolinski, 14 – Quaison, 8, Brosinski, 32
“Şalke” – “Köln” – 1:1
Serdar, 71 – Ektor, 90

Etikxeber.az

Read Previous

“Bu, milli dövlətlərin də gələcəyi ilə bağlı ciddi suallar doğurur…” – MÜBARİZ QURBANLI

Read Next

“Ermənistanın məsuliyyətsiz mövqeyi münaqişənin Yerevanda küçədə elan edildiyi kimi sülh yoluyla həllinə xidmət etmir” – TAHİR MİRKİŞİLİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir