Valideynlərin icazəsi olmadan uşaqlar haqda məlumatların yayılması yolverilməzdir – DEPUTAT

Uşaqları qorumaq və onların hər mənada müdafiəsi cəmiyyətin əsas vəzifələrindən biridir. Uşaqların zərərli informasiyadan qorunması dedikdə isə ilk olaraq insanın ağlına virtual məkandan, internet resurslarından doğan təhlükələr düşüncəsi gəlir. İndiki yaşadığımız reallıqda internetin faydalı olduğunu düşünməkdə haqlıyıq: dünyanın istənilən yerindən onlayn alış-veriş etmək, kommunal xərcləri ödəmək, informasiya əldə etmək, əlaqə yaratmaq, ümumilikdə sürətli həyatda zamana qənaət etmək imkanı qazanmışıq.

Lakin, internet heç də həmişə faydalı deyil, əsasən də övladlarımız üçün nəzarətsiz və təhlükəli məkandır. Rusiyada aparılan son araşdırmalara əsasən 14 yaşına qədər uşaqlaırn 75% valideyin nəzarəti olmadan internet istifadəçisidir. Və onların orada nə kimi informasiya istehlak etdiyindən valideyinləri xəbərsizdir. 

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sona Əliyeva-Süleymanova “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun layihəsinin ikinci oxunuşunu şərh edərkən bildirib.

“Bu qanun birinci oxunuş üçün müzakirə edildiyi zaman geniş şəkildə öz təkliflərimi yazmışdım. Ona görə də əsl məqsədim eyni fikirləri dəfələrlə təkrarlamaq deyil, medianın və cəmiyyətin əslində nə qədər vacib olan bir məsələnin gündəmə gəlməsinə diqqət çəkmək istəyimdir. Bu gün cəmiyyətimizdə rast gəldiyimiiz və biganə olmamalı olduğumuz konkret hadisələrə diqqət ayırmaq istərdim”-deyən, millət vəkili bildirib ki, internet vasitəsilə oynanılan oyunların ölkəmizdə də bir çox istifadəçisi, hətta, deyərdim ki, aludəçisi var və bunlar təəssüf ki, əsasən uşaqlardır.

Onun sözlərinə görə, bu oyunları oynayan zaman müxtəlif, bəzən özündə qeyri-etik informasiyanı daşıyan reklamlara rast gəlmək, cəlbedici və asan qazanc yolunu ehtiva edən onlayn qumar saytlarına düşmək asan bir şəkildə mümkündür:

sona

“Dəfələrlə, xarici saytlarda filmə baxarkən onlayn kazino saytlarının reklamı ilə rastlaşmışam,hətta, filmə baxmaq, və ya filmin davamını görmək istəyirsənsə müəyyən müddət ərzində bu reklamın bitməsini gözləməlisən. Əlbəttə ki, bu prosesi tam anlamayan və ya oyun həvəskarları olanlar belə saytlara daxil olur. Sonra da bəzən maddi və mənəvi əzablarla peşmançılıq hissi ilə üz üzə qalırlar. 

Müqayisə edək, inernet vasitəsilə uşaqların oynadığı oyunlar pulsuzdur, amma, burda müxtəlif müsabiqələr, şərtlər var ki, yerinə yetirməlisən, qazandığın təqdirdə, mükafatlandırılırsan, yəni, fərqi yoxdur, hər hansı bir formada oynamaq üçün stimullaşdırılırsan, ballar, səviyyələr qazanırsan və oynadıqca həvəs, adrenalin, sonunda da asılılıq yaranır… Və yavaş-yavaş azarkeş olmağa başlayırsan, bunlar heç də qumaq saytlarından az təhlükəli deyil…

Beləliklə, böyük və kiçik oyunçular arasında yeganə fərq ortada pul vəsaitinin olmamasındadır… Proses eynidir, və əlbəttə ki, bu kimi pis vərdişlər gələcəkdə bu uşaqları qumar kimi daha pis vərdişlərə də sürükləyə bilir, davamlı həyəcan yaşamaq istəyi ilə asılılıq yaradır…

Ölkəmizdə qumar oynamaq qadağandır, virtual məkan isə hüquqi baza ilə tənzimlənmədiyindən, bu kimi saytlar ölkə ərazisində də yayımlanır və reklam olunur.  Fikrimcə, bu haqda düşünmək lazımdır… “Göy balina” oyunu haqqında hamımız məlumatlıyıq, son bir ildə ölkəmizdə bir neçə uşağın bu oyunun qurbanı olduğu xəbərini mediadan ürək ağrısı ilə izləmişik… Mən, sadəcə, təhlükənin miqyasını xatırlatmaq istədim…

 Ölkəmizdə təhsil dövlət siyasətininəsas prioritetlərindən biridir və davamlı islahatların həyata keçirildiyi əsas sahələrdən biridir. 2012-ci ildə təhsilin informasiyalaşdırılması dövlət prorqramının qəbulu ilə əlaqədar məktəblərin kompyuter, elektron lövhələr və internet təminatı həyata keçirilməyə başladı. Bütün bu kimi fəaliyyətlər elə o zamandan tədrisin keyfiyyətinə yaxşı mənada öz təsirlərini göstərməyə başladı. Bu gün, hətta, ucqar kəndlərdə belə məktəblərin internetə çıxış imkanları var. Ümümtəhsil məktəblərində dövlətin yaratdığı bu şəraitdən yaxşı mənada yararlanırıq, amma övladlarımızın gününün çox hissəsini məktəbdə keçirdiyini nəzərə alsaq, məktəblərin internet çıxışlarına filtrizasiya serverləri, proqramları qurmaq, uşaqları zərərli informasiylardan qorumaq yolunda ilk addım ola bilər…

Bu addım həm də, yetkinlik yaşına çatmayan uşaqların internetdən istifadəsi zamanı valideyn nəzarətinin olub- olmadığının statistikasını aparmağa kömək edər.

Bildiyim qədər bununla bağlı ölkədə hər hansı bir statsitika aparılmayıb.

İnternet üzərindən aparılan araşdırmalarə əsaslansaq, internetdə və bu resursun tərkib hissəsi olan sosial və digər formada olan şəbəkələrdə gündəlik, bloq və profillərin sahiblərinin yarısınə yetkinlik yaşına (18) çatmayanlar təşkil edir və bu kimi fəaliyyətlər onlar üçün ən gözəl özünü ifadə üslubudur.

Bu profiilərdə onlar özləri haqqında məlumatları, şəkilləri, videoları, maraq və hobbiərini paylaşırlar. Bununla da onlar həm özləri, həm də valideynləri haqqında məlumatları yayırlar ki, bu da həmişə xoş sonluqla bitmir. Reallıqda idə valideynlərinin icazəsi və məlumatı olmadan uşaqlar haqqında məlumatların yayılması yolverilməzdir, hətta, bu ildən etibarən internet mediada sosial şəbəkələrdə konfedisiallığın qorunmaması ilə bağlı qlobal skandallar baş verməkdədir. Əlbəttə, bütün bunlar böyük bir müzakirənin mövzusudur, sadəcə, reallıqdan qısa kəsimlərə ehtiyac olduğunu düşündüm… 

Bir də xatırladım, Beyləqanda gənc qızın intihardan qabaq vida videosunu və bunun ardınca ailənin kədərli üzüntüsünü və ölkə mediasına yayılmasının utancını xatırladım… Mən hər hansı bir formada uşaqlar haqında informasiyanın yayılmasına qarşıyam…Biz internet istifadəçiləri internet təhlükəsizliyi ilə bağlı nə bilirik? Valdeyn olaraq uşaqlaırımızı virtual təhlükədən qorumaqla bağlı nə qədər məlumatlıyıq?

Bu məsələni internetdə araşdıranda oxudum ki, böyük əməliyyat sistemlərinin və antivirus proqramlarının “Valideyn nəzarəti” adlanan funksiyaları varmış…

İstifadə qaydasını mən şəxsən bimirəm… Yəqin ki,  mənim kimi çox valideyin də bilmir…Ucqar kəndlərdən, uzaq rayonlardan isə heç danışmayaq…Boyumuza alaq, uşaqlarımız bu sahədə bizdən daha çox məlumatlı və bacarıqlıdır, bu kiçik baryerləri aşmaq onlar üçün asandır…

Sonda isə uduzan bizik, deməli öyrənən və tətbiq edən əslində biz olmalıyıq, gələcəyimizi biz qorumalıyıq… Təklifim isə odur ki, aidiyyatı qurumlar internet təhlükəsizliyi ilə bağlı maarifləndirmə aparsınlar, məktəblərdə, idarə və təşkilatlarda, mediada, televiziyada, mümkün olan hər yerdə… Amma ilk olaraq valideyinlərlə…

Və sonda… Uşaqları qorumağın ən yaxşı yolu -doğru tərbiyədir…Real və ya virtual aləmdə, fərq etməz, yaxşını pisdən ayırmağı öyrətməkdir…Müxtəlif situasiyalarda necə davranmağı anlatmaqdır… Ən kiçik problemləri onlarla birlikdə həll etməkdir… Ən böyük müdafiə ailədən başlayır, sirada cəmiyyət, dövlət və sonda bəşəriyyətdir…”.

Etikxeber.az

Read Previous

Prezident Çexiya səfirinin etimadnaməsini qəbul etdi – FOTOLAR – YENİLƏNİB

Read Next

“İnter”, “Atletiko”, “Borussiya”, “Napoli”, “Barsa”, “PSJ”, “Şalke” sevincli … – NƏTİCƏLƏR- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir