“Valideynə maraqlıdırsa ki, uşaq bu sahədə oxusun…” – NAZİR

Məktəbəqədər uşaq bağçalarında müştərək maliyyələşmə mexanizmi tətbiq oluna bilər.

Etikxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin  Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib:

“Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Bu da Prezidentin apardığı siyasətdir. Sosialyönümlü siyasət üstünlük təşkil edəcək. Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, eyni zamanda, həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsinə ictimai nəzarətin tətbiqinə gətririb çıxarır. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri də tətbiq oluna bilər” .

O, bildirib ki, musiqi məktəblərinin müştərək maliyyələşmə prinsiplərinə baxıla bilər:

“Mədəniyyət və Turizm Nazirliyi ilə məsləhətləşmələrə başlamışıq. Musiqi məktəblərində də müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər. Bir hissəsi dövlət və bir hissəsi maraqlı valideyn tərəfindən ola bilər. Valideynə maraqlıdırsa ki, uşaq bu sahədə oxusun, yəqin ki, cüzi də olsa, bu prosesdə iştirak etməlidir”.
Etikxeber.az

Read Previous

Nazir MilIi Məclisdə etiraf etdi ki…

Read Next

Səlim Müslümov: “707 min nəfər ünvanlı sosial yardım alır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir