Valideynlər təhsil müəssisələrində – FOTO

Paytaxt məktəblərində “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüşlər keçirilir.

Etikxeber.az xəbər verir ki, görüşlərdə valideynlər məktəb mühiti ilə tanış olur, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilir.

Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilir və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılır.

Bundan əlavə, Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən valideynlər üçün sessiyalar təşkil olunur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən valideynlərə təşəbbüskar və daha fəal olmaq, eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr verilir.

Eyni zamanda valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri də keçirilir.

Qeyd edək ki, layihə valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək məqsədlərinə xidmət edir.

Etikxeber.az

Read Previous

“Yeni imtahan modeli: İslahatlar, nəticələr və gözləntilər” – ZAHİD ORUC İKİNCİ TƏDBİRİNİ KEÇİRƏCƏK

Read Next

“Bakıda tramvay xətlərini sökməklə şəhərə zərər vurublar…” -CAVİD QURBANOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir