Valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb ki… – İLHAM ƏLİYEV

“Bu ilin birinci rübündə Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır. Bu, böyük rəqəmdir”.

Etikxeber.az xəbər verir ki,  bu barədə Prezident İlham Əliyev bu barədə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.

“Biz keçən il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, neftin qiyməti kəskin səviyyədə aşağı düşüb, bu il nəinki qoruya bilmişik, birinci üç ayda biz əlavə 1 milyard dollar qazanmışıq” – deyən dövlətbaşçısı əmin olduğunu bildirib ki, il ərzində valyuta ehtiyatlarımızı artıracağıq.

Bunun çox önəmli məsələ olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib:

“Hamıya aydındır ki, 2015-2016-cı illər böhran illəridir. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, inşaat sektorunda keçən il yaşanan durğunluq istər-istəməz təbii ki, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərə bilərdi. Bəlkə də hər hansı bir başqa hökumət bunun çıxış yolunu ancaq valyuta ehtiyatlarının istifadəsində görə bilərdi. Ən asan yol da bu idi. Ancaq məsuliyyətli yanaşma və uzunmüddətli inkişaf planlarımız əlbəttə ki, bizim üçün başqa seçimi diktə edir. Bu, məsuliyyətli seçim idi, bu, xalqın maraqlarını hər şeydən üstün tutan seçim idi”.

Prezident bununla bağlı çox operativ tədbirlərin görüldüyünü, iqtisadiyyatımızın restrukturizasiyası ilə bağlı çox ciddi addımların atıldığını, biznesi, investisiyaları, ixracı stimullaşdırmaq istiqamətində müvafiq qərar və qanunların qəbul edildiyini diqqətə çatdırıb.

“Beləliklə, biz iqtisadi dayanıqlılığımızı qoruya və valyuta ehtiyatlarımızı artıra bildik. Neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti keçən il və bu il öz valyuta ehtiyatlarını itirirlər. Biz isə artırırıq”– deyə, Prezident əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycanı zəifləmiş, çökmüş görmək istəyənlərin cəhdlərinə rəğmən…” – DEPUTAT

Read Next

Əliyevdən Partruşevə: “Regionumuzda mövcud olan vəziyyət…” – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir