“Valyuta spekulyasiyalarına Çin, Rusiya, Azərbaycan da məruz qalır…” – PREZİDENT

“Kimlərsə valyuta bazarında spekulyasiyalar edərək bir sıra ölkələrin, o cümlədən Türkiyənin iqtisadiyyatına təsir etməkdədir”.

Etikxeber.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İqtisadiyyatımıza valyuta bazarı üzərindən hücum edirlər. Bununla bağlı millətimə, xüsusilə də iş adamlarımıza müraciət etdim. Bilirəm ki, bəziləri bu çağırışımı istehza ilə qarşıladı. Halbuki, ortada 1994-cü ildən bəri yaşadığımız həqiqət var. Bir daha təkrar edirəm ki, valyuta spekulyasiyaları ilə kimlərsə iqtisadiyyatımıza mənfi təsir etməkdədir. Lakin bunun arxasında iqtisadi səbəb durmur. Məqsəd siyasi əməliyyatlara hazırlamaqdır. Bu cür spekulyasiyalara qonşu ölkələr, konkret desəm, Çin, Rusiya, Azərbaycan da məruz qalır. Amma biz bu oyunlara son qoyacağıq. Bunun üçün milli valyutaya inamı artırmalıyıq. İdxal-ixrac əməliyyatlarında milli valyutalardan istifadə olunmalıdır” – deyə, prezident bildirib.

Etikxeber.az

Read Previous

Hakimliyə namizədlərdən şifahi imtahanları keçən 126 nəfər tədris kurslarına buraxıldı

Read Next

Unikal sikkə buraxılır: gümüş üzük içində şəffaf disk

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir