Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni, Şəhid Orxan Əsgərovla Mahir İmanov isə “Vətən uğrunda” medalı ilə-TƏLTİF OLUNDULAR – SƏRƏNCAM

Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

1-ci dərəcəli “Rəşadət” ordeni ilə

Tağıyev Vasif Natiq oğlu

“Vətən uğrunda” medalı ilə

Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)

İmanov Mahir Kamil oğlu.

Etikxeber.az

Read Previous

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinin səlahiyyəti artırıldı-SƏRƏNCAM

Read Next

“Aİ Azərbaycanla təbii qaz, yaşıl enerji sahələrində əlaqələri genişləndirməkdə maraqlıdır…”-KADRİ SİMSON – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir