Vasif Talıbov, İsa Həbibbəyli, Ülviyyə Həmzəyeva…

Namizədlikləri  hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən  daha 3 millətinin deputatlığa namizədliyi təsdiqlənib. 

Etikxeber.az-ın xəbərinə görə, bunlar Naxçıvan Muxtar Respublikasını (NMR) parlamentdə təmsil edən millət vəkilləri-Ali Məclisin sədri Vasif Talıbov, Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, parlamentin Elm və təhsil komitəsinin sədri, akademik  İsa Həbibbəyli və ikinci dəfə seçkilərə qatılan Ülviyyə Həmzəyevadır.

Qeyd edək ki, V. Talıbov  1 saylı Şərur-Sədərək seçki dairəsi, İ. Həbibbəyli  2 saylı Şərur seçki dairəsi, Ü. Həmzəyeva isə 6 saylı Culfa-Babək seçki dairəsindən namizəd irəli sürülüb.

Hər 3 millət vəkili müvafiq Dairə Seçki Komissiyaları (DSK) tərəfindən qeydə alınıblar.

Onu da qeyd edək ki, V. Talıbov indiyə kimi 5 dəfə millət vəkili olub və 6-cı dəfə seçkilərə qatılıb.

İ. Həbibbəyli 3 dəfə millət vəkili və 4-cü dəfə seçkilərə qatılıb.

Rəssam Ü. Həmzəyeva isə bir dəfə millət vəkili olub və  artıq ikinci dəfə seçkilərdə iştirak edir.

Etikxeber.az

Read Previous

Jalə Əliyevadan zərdablılara-MİNNƏTDARLIQ

Read Next

Eldar İbrahimov 7-ci, Hüseynbala Mirələmovla Cavanşir Paşazadə 4-cü dəfə-NAMİZƏD OLDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir