“Vaşinqton bizim regionda sülhün yaranmasında yox, qarşıdurmanın qalmasında maraqlıdır…”-MİLLƏT VƏKİLİ

ABŞ Prezidenti Baydenin uydurma hay soyqırımını təsdiqləməsi nə onun ölkəsinə, nə də “soyu qırılmışlar”a yaxşı nəsə vəd edir. Bu, Ermənistandakıları türk düşmənçiliyinə bir az da həvəsləndirəcək və nəticədə onların Amerikanın heç istəmədiyi dövlətdən asılılıqlarını daha da artıracaq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Bildirib ki, Türkiyədə izinsiz yaşayan 100 mindən artıq “soyu qırılmışlar”ın indən sonra orada qalıb işləmələri də artıq sual altındadır.

“Və cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığından, eləcə də Xarici İşlər Nazirliyimizin operativ reaksiyasından da görünür ki, rəsmi Vaşinqtonun bu çərçivəsiz davranışı təkcə Türkiyə-ABŞ deyil, Azərbaycan-ABŞ əlaqələrinə də təsirsiz ötüşməyəcək. İraqı yalandan kütləvi qırğın silahına yiyələnməkdə suçlandıran və kütləvi qırğın silahından ilk istifadə edən bir ölkənin başçısının “haylar soyqırımına uğrayıb” deməsi tamamilə təbiidir. Amma Xocalıda törədilən vəhşiliyi görməzdən gələn ABŞ-ın bu hərəkətləri onun Minsk qrupuna həmsədrlik etmək üçün heç bir mənəvi haqqının olmadığını növbəti dəfə və daha əsaslı şəkildə ortaya qoyur. Həm də onu ortaya qoyur ki, rəsmi Vaşinqton bizim regionda sülhün yaranmasında yox, qarşıdurmanın qalmasında maraqlıdır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycandakı siyasi partiyalardan Baydenə-ETİRAZ

Read Next

“Böyük türk xalqını bu cür saxta ittihamlarla zəif düşürmək mümkün deyil”-FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir