Vaşinqtonda 12-ci Parlament Forumunda Azərbaycanı kim təmsil edəcək?

Dekabrın 6-da Vaşinqtonda Kəşfiyyat-Təhlükəsizlik üzrə 12-ci Parlament Forumu keçiriləcək.

Tədbirdə Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək.

Etikxeber.az-a MM-dən daxil olan məlumata görə, Forumda Hökumətlərin və özəl sektorun terrorçuluğun maliyyələşdirilməsi əleyhinə fəaliyyəti, kibertəhlükəsizlik, şəxsi həyat və məlumatların paylaşılması, xarici sərmayə riskləri və digər mövzularda fikir mübadiləsi aparılacaq.

samad-metbuat kon-foto

S. Seyidov müzakirə olunacaq mövzularda çıxış edəcək, məsələlərə münasibətini bildirəcək.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Rusiyalılar inamla birinci yeri qoruyub saxlayırlar… – İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Read Next

Prezident 3 ölkənin səfirinin etimadnaməsini qəbul etdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir