VARŞAVAYA NİYƏ GEDƏN OLMAYIB? – Politoloq yazdı

Polşanın prezidenti Andjey Duda mayın 31-də Azərbaycanda oldu, dövlət başçısı İlham Əliyevlə görüşdü.

Polşa Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa önəm verir.

Ancaq bu səfərdən 4 gün sonra maraqlı hadisə baş verdi.

İyunun 4-də Varşavada Mərkəzi və Şərqi Avropa ölkələrinin parlament başçılarının 4-cü sammiti keçirildi. Digər ölkələr kimi Azərbaycan təmsilçiləri də toplantıya dəvət olunub, ancaq Bakıdan Varşavaya nümayəndə heyəti getməyib.

Ermənistan isə Varşavadakı topantıda parlamentin spikeri Ararat Mirzoyan səviyyəsində təmsil olunub.

Təsəvvür edin ki, Polşanın prezidenti Bakıya gəlir, Azərbaycanla əməkdaşlığa önəm verdiyini açıqlayır, ərazi bütövlüyü məsələsində həssaslıq nümayiş etdirir, ancaq Varşavadakı toplantıya gedən olmur, düşmənlərimiz isə dəvətdən istifadə edib gedib Polşada özlərini reklam edirlər, Avropa dövlətlərinin dəstəyini qazanmaq fürsətindən yararlanmağa çalışırlar.

Yeri gəlmişkən, 4 iyunda Polşada ilk azad parlament seçkilərinin 30 illiyi də qeyd olunub.

Varşavaya gedənlər həmin tədbirdə də iştirak ediblər.

Bəlkə buna görə bizimkilər Varşavaya getmək imtina ediblər.

Halbuki, həmin seçkilər Şərqi Avropada kommunist rejimlərinin yıxılmasına və SSRİ-nin sonunu yaxınlaşdıran hadisələrdən olub.

Varşavanın Azərbaycanla hərbi əməkdaşlığını genişləndirilməsinə, birgə hərbi istehsala mane olmaq istəyənlər barədə də məlumatlar var.

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

“Təşəbbüs və atılan addımlar təqdirəlayiqdir” – PREZİDENT

Read Next

“Türkiyə universitetləri ilə münasibətləri sıxlaşdırmaq niyyətindəyik…”- GƏRAY GƏRAYBƏYLİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir