Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Siyavuş Novruzov bəzi sabiq və indiki deputatlara “sataşdı”
Parlamentdə mərhum eks-prezident Heydər Əliyevinn 95 illiyinə həsr olunmuşxüsusi iclas davam edir.
Etikxeber.az-ın xəbərinə görə, iclas zamanı hakim partiyadan olan deputat Siyavuş Novruzov qeyd edib ki, onun üçün H. Əliyev haqqında danışmaq ağırdır:

“Bu günə qədər cismani cəhətdən bizim aramızda olmamasını qəbul edə bilımirəm. Bir var Heydər Əliyevi görənlər, bir var oxuyanlar, bir də var tanıyanlar. O, dövlət marağını bütün maraqlardan üstün tuturdu. Mən burada çıxış edənlərə təşəkkür edirəm. Kaş bu çıxışlardan biri-ikisi 1990- ci illərdə Heydər Əliyevə lazım olan vaxtlarda ediləydi. Vaxtilə çörək verdikləri elə bu məclisdə onun üzünə durdular, üzünə ağ oldular”.
Deputat, akademik Rafael Hüseynov qeyd edib ki, H. Əliyev Azərbaycanı bəlalardan xilas edib:
“O, Azərbaycanın varlığı ilə öyünürdü. Onun qurduğu yol yarımçıq qalmadı, bu yol davam edir. Azərbaycanın 100 illik müstəqillik tarixində biz bunun yalnız 29 ilini müstəqil yaşamışıq. Bunun iki ili Azərbaycan Xalq Cümhuriyyəti dövründə , 27 ili isə Ulu Öndər Heydər Əliyevin və onun siyasətinin layiqli davamçısı İlham Əliyevin sayəsində mümkün oldu”.
Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, H. Əliyev müasir Azərbaycanın ideoloji əsaslarını yaradıb:
“Bu gün Heydər Əliyevin siyasəti etibarlı əllərdədir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müstəqil Azərbaycan adı yaşdıqca, Heydər Əliyev dühası Azərbaycanı işıqlandıracaq”.
***
Parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında Heydər Əliyevin elm və təhsilə xüsusi diqqət yetirdiyini bəyan edib:
“Heydər Əliyevin SSRİ dövründə Moskvaya oxumağa göndərdiyi gənclərin içərisində mən də var idim. Bu gün Azərbaycanda elmi məktəblərin əksəriyyətinin rəhbəri məhz Heydər Əliyevin SSRİ-nin müxtəlif şəhərlərinə oxumağa göndərdiyi insanlar, yaxud, o, insanların tələbələridir”.
Birinci vitse-spiker Ziyafət Əsgərov 1995-ci ildə qəbul edilən Konstitusiyanın hüquqi və demokratik cəmiyyət quruculuğunun əsasını qoyduğunu nəzərə çatdırıb.
H. Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlardan söz açan Z. Əsgərov bu il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinin Azərbaycan xalqının mərhum dövlət başçısının siyasətinin davamına və inkişafa səs verdiyini göstərdiyini söyləyib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





