Vergi cərimələrinin bir hissəsi YAŞAT Fonduna-KÖÇÜRÜLƏCƏK

Vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsi YAŞAT Fonduna köçürüləcək.

Etikxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Vergi Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişiklik vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən YAŞAT Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasını özündə ehtiva edir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Etikxeber.az

Read Previous

Elman Nəsirovdan Minsk qrupunun həmsədrləri ilə bağlı-“A” VƏ “B” PLANI

Read Next

“Küçə və məktəblərə Şəhidlərimizin adları verilməlidir…Orden-medal məsələsi kənara qoyulmalıdır”-ƏLİ MƏSİMLİDƏN ÇOX ÖNƏMLİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir