Vergi orqanlarına daxil olan müraciətlərin 69,2 faizi müsbət həll olunub – NAZİRLİK

2017-ci ilin fevral ayı ərzində vergi orqanlarına 9 031 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz azdır.

Etikxeber.az “vergiler.az” saytına istinadla bildirir ki, müraciətlərin 41,8 faizi müxtəlif arayışların alınması, 23,2 faizi kameral vergi yoxlamaları, 13,7 faizi vergi borcları, 3,4 faizi vergi qanunvericiliyinin tətbiqi, 2,8 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 1,4 faizi səyyar vergi yoxlamaları, 0,7 faizi qəbul, 0,4 faizi işlə təmin olunma, 0,3 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1 faizi operativ vergi nəzarəti tədbirləri, 0,1 faizi korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 69,2 faizi müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 388 vətəndaş qəbul edilib, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə əsasən fevralın 24-də vergilər naziri tərəfindən Gədəbəy rayonunda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan 30 vətəndaş qəbul edilib.

Etikxeber.az

Read Previous

Prezident QMİ-yə 3 milyon manat ayırdı

Read Next

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir