Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.
Etikxeber.az xəbər verir ki, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə (III oxunuş) təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.
Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.
***
İclasda həmçinin, Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihələri səs qoyularaq qəbul edilib.
***
Peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu tutulması təklif edilib.
Bu isə müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna (üçüncü oxunuş) təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, peşə təhsili və ümumi təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu tutulacaq.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
***
İclasda eyni zamanda, “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Etikxeber.az





