Vergilər naziri Göygöldə vətəndaşların problemlərini dinləyəcək

Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, noyabrın 11-də vergilər naziri Fazil Məmmədov Göygöl rayonunda yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Heydər Əliyev Parkı, Hummel küçəsi, 3) Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 12 saylı Ərazi Vergilər Departamenti İsayev Zülfüqar Məhərrəm oğlu, əlaqə telefonu (022-2664361), mobil (050-254-39-48), Yeni Gəncə Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Süleymanov Elçin Məmməd oğlu, əlaqə telefonu: mobil (050-254-39-58) və Goranboy rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Hüseynov Şəhriyar Fikrət oğlu, əlaqə telefonu: mobil (050-254-39-60) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Etikxeber.az

Read Previous

Klinton liderdir – “Slate”

Read Next

“Serbiyada inşa edilən yol Azərbaycan şirkəti tərəfindən Avropada icra olunan ilk layihədir” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir