“Verilən humanist qərarlarda siyasi və digər kimliklərə heç vaxt baxılmayıb…”-POLİTOLOQ

Tural İSMAYILOV: “Hakimiyyət müxalifətə jestlər edir, bu isə siyasi radikalizmi ciddi formada narahat edir”

Bu gün Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun barəsində olan hökmlə bağlı işə baxılıb.

Plenumun qərarına əsasən, İ. Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Plenum habelə İ. Məmmədovun həbsdə qaldığı müddətə görə 234 min manat kompensasiya təyin edib.

Digər REAL-çı Rəsul Cəfərovla bağlı da eyni qərar verilib.

Ölkədə siyasi kimliyindən asılı olmayaraq hüququn hər kəs üçün eyni olduğunu bildirən Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov qeyd edib ki, ölkədə Konstitusiyanın üstünlüyü bütün siyasi dedi-qoduların fövqündədir:

“Azərbaycan hüquqi dövlətdir. Bizim ölkəmiz gənc ölkə kimi bu gün regionda özünü təsdiqləmiş gücdür. Qlobal pandemiya şəraitində dövlətin atdığı addımlar və bunun dünyada alqışlanması da göstərir ki, kimin hansı siyasi məkri və planlaşdırılmış böhtanları olsa da, hakimiyyət bu günün sabit və inkişaf edən dövlətimizin əsas qarantıdır. İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı Ali Məhkəmənin qərarları hüququ siyasiləşdirməyə çalışan radikal müxaliflərin və mühacir trol şəbəkəsinin bütün sayıqlamalarının gülməli üzünü də bir daha nümayiş etdirdi. İndiyə qədər məhbuslarla bağlı da dəfələrlə verilən humanist qərarlarda da onların siyasi və digər kimliklərinə heç vaxt baxılmayıb, xeyli siyasi və ictimai obrazlar vaxtından əvvəl azad olunub”.

Politoloq qeyd edib ki, hakimiyyət bu, çətin günlərdə də müxalifətə jestlər edir:

Pandemiyanın dünyada çox qorxulu mənzərəsi hökm sürür. Bu şəraitdə dövlət rəqəmlərin böyüməməsi və ölkəmizin bu bəladan az itkiylə çıxmağı üçün əlindən gələni edir. Həmçinin, indiki dövr həmrəylik üçün də mühüm və vacibdir. Siyasi partiya rəhbərləri ilə görüşlər, ölkə başçısının bayram təbriki mesajı və dialoqla bağlı çağırışları da bu həmrəyliyin ən bariz göstəricidir. Lakin buna baxmayaraq hələ də bəzi siyasi marginallar nəinki dayanmır, əksinə daha da pozucu və insanları çaşdıran informasiyalar yaymaqla məşğuldur. Azərbaycan dövləti xalqın inamı və yüksək etimadı ilə bu bəladan xilas olacaq, syasi status-kvo daşıycısı olan köhnəlmiş radikal siyasətçilər isə get-gedə daha çox təkliyə təcrid olunacaqlar. Zaman və dövr dəyişir, beyni dəyişməyənlərin siyasət meydanında varlıq göstərmək cəhdləri fiaskoya məhkumdur“.

Etikxeber.az

Read Previous

DİALOQ VƏ “HEYVAGÜLÜ”- Parlamentin komitə sədrinin müavini yazır…

Read Next

“Biz bu amillə hesablaşmaq məcburiyyətindəyik…”-ADİL ƏLİYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir