“Vest Hem” Nəsri ilə anlaşdı…

İngiltərənin “Vest Hem” klubu fransız futbolçu Samir Nəsri ilə müqavilə bağlamağa razılaşıb.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, yarımmüdafiəçiyə həftəsinə 88 min avro maaşla qısamüddətli müqavilə təqdim olunub.

SAMIRR-111

Fransız futbolçu karyerasını “Olimpik Marsel”də başlayıb.

Yarımmüdafiəçi “Arsenal”, “Mançester Siti”, “Sevilya” və “Antalyaspor” klublarının heyətində forma geyinib.

Nəsri Fransa milli komandasının heyətində 42 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, oyunçu 2018-ci il fevralın 25-də dopinqə görə yarım il futboldan kənarlaşdırılıb.

Etikxeber.az

Read Previous

Dünya azərbaycanlıları birliyə və həmrəyliyə çağırıldı – DEPUTATLAR TƏTİLƏ GETDİLƏR – YENİLƏNİB

Read Next

Ağcabədinin icra başçısı “Vətənə xidmətə görə” ordenilə təltif olundu – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir