Vicdanınızın səsinə qulaq asın və xəstə övladı ilə taleyin amansız axarına buraxılan Şəhid bacısına dəstək olun!- KAMİL HƏMZƏOĞLU YAZDI

Haqqında bir neçə dəfə yazmışam Etikxeber.az-da…

FB-də, vatsapımda paylaşımlar etmişəm, ən yüksək səviyyəli rəsmi qurumlara, məsul şəxslərə göndərmişəm yazdıqlarımı, paylaşımlarımı…

Xahişlər, ricalar etmişəm…

Və yenidən, bir daha yazmağı, diqqət çəkməyi lazım bildim…

Bu, ev adına daxma, kümə (üzr istəyirəm-toyuq hini bundan abırlıdır) Kürdəmirli, Şahsevənli Şəhid bacısı, özü dərdlər içində olsa da, Şəhid qardaşı üçün hər cür fədakarlığa gedən, 60 yaşını adlayan Nailə Əmiraslanovaya məxsusdur…

1984-cü ildə ailə həyatı quran Nailə xanım 6 ildən sonra, 1990-cı ildə övlad tapsa da, bəxti üzünə gülməyib, tək övladı, hazırda 32 yaşı olan Elvini dünyaya anadagəlmə qüsurlu gəlib, nə danışa, nə yeriyə bilir…Əlil arabasına məhkumdur…

“Ata” (ər) o vaxt Nailə xanım qarşısında “ya mən, ya da övladın, xəstə uşağa baxan deyiləm…”– şərti qoyub…

Təbii ki, Nailə xanım övladını hər şeydən üstün tutub və xəstə övladı ilə atılıb, taleyin amansız ümidinə buraxılıb…

Bundan cəmi iki il sonra, 1992-ci ilin iyun ayında canından çox sevdiyi qardaşını, Sərdarını itirib, Sərdar Vətən, Qarabağ yolunda Şəhid olub…

Ümumuyyətlə, 1992-ci ildə, cəmi bir neçə ayın içində bir tayfadan, bir nəsildən 5 Şəhid verilib…

Həm övlad dərdi, həm qardaş dərdi…

İllərdir əzablar içində qovrulur Nailə xanım…

Dərdinə də bir düz-əməlli əlac edən yoxdur-bəzi insanlar xaric…

Ona görə bir daha aidiyyatı qurumlara və məsul şəxslərə, mediaya, Kürdəmirin yeni icra başçısına…səslənir və çağırış edirəm:

Lütfən, bu-bədbəxt taleli Şəhid bacısına, 32 ildir övladı ilə taleyin amansız axarına buraxılan…Nailə xanıma əl tutun, kömək edin, istisna kimi ona qardaşının Şəhidlik imtiyazlardan yararlanmağa imkan tanıyın, onu evlə, mənzillə, xəstə övladını böyütmək, ən azı pampersini vaxtlı-vaxtında alması üçün normal bir işlə təmin edin.

Çox rica və xahiş edirəm, vicdanınızın səsinə qulaq asaın və bu Şəhid bacısına dəstək olun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Havanın temperaturu yüksələcək-GƏLƏN HƏFTƏNİN SONUNDA

Read Next

Daha 25 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir