“Vilayət Eyvazov şəhid övladına yüksək vəzifə verdi!” yazılsaydı…” – MİLLƏT VƏKİLİ HƏM İRAD TUTDU, HƏM TƏQDİR ETDİ

“Vilayət Eyvazov şəhid övladına yüksək vəzifə verdi!” yazılsaydı, həm daxili işlər nazirinin şəhid ailəsinə həssaslığı, həm də dövlətin şəhid övladına münasibəti sezilərdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa dilə gətirib.

Millət vəkili qeyd edib ki, informasiyanın təqdimatından çox şey asılıdır.

“Saytlarımız başlığa çıxarır ki, Daxili işlər naziri Vilayət Eyvazov milıət vəkilinin oğluna yüksək vəzifə verdi.

Burada söhbət milıət vəkili, fədakar Azərbaycan xanımı Flora Qasımovanın (Mirzəyevanın) övladı polis polkovniki Elsevər Mirzəyevin DİN Baş Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmasından gedir. Lakin mətnin başlığına daha fərqli bir ifadə çıxarılsaydı daha doğru olmazdımı?

FLORA

şirin

vilayat-eyvaz

“Vilayət Eyvazov şəhid övladına yüksək vəzifə verdi!” yazılsaydı, həm daxili işlər nazirinin şəhid ailəsinə həssaslığı, həm də dövlətin şəhid övladına münasibəti sezilərdi.

Burada həm də Azərbaycanın Milli Qəhrəmanı, əvəzolunmaz komandirimiz şəhid Şirin Mirzəyevin xatirəsinə və onun ailə üzvünə verilən dəyərdən söhbət gedir.

O halda cənab nazirin bu təqdirəlayiq addımının mənası da olduğu kimi anlaşılardı…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“İmkan verilməməlidir ki…” – ƏLİ ƏHMƏDOVDAN MÜXALİFƏTƏ AĞIR İFADƏLƏR

Read Next

Peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir