Vitse-premyer iranlı nazirlə iki ölkə arasında əldə olunan son razılaşmaları-MÜZAKİRƏ ETDİ – FOTO

Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri – Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı baş tutub.

Etikxeber.az xəbər verir ki, telefon danışığı zamanı Şahin Mustafayev helikopter qəzası zamanı İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digərlərinin həlak olması ilə bağlı başsağlığı verib.

Bəzrpaş Tehranda keçirilən anım mərasimində Azərbaycan nümayəndə heyətinin iştirakına görə minnətdarlığını bildirib.

Tərəflər iki ölkə prezidentlərinin “Qız Qalası” bəndində keçirilən görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Etikxeber.az

Read Previous

Şuşaya növbəti-KÖÇ KARVANI…

Read Next

Əli İnsanov məhkumluğunun üzərindən götürülməsi ilə bağlı-MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir