Vitse-spiker Adil Əliyev tərəfindən “Mona Liza”da-ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏR ÜÇÜN İFTAR SÜFRƏSİ TƏŞKİL EDİLDİ…-FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün-5 aprel 2024-cü il tarixində, saat 18:00-da Bakı şəhərində yerləşən “Mona Liza” şadlıq sarayında Şəhid ailələri və Qazilər üçün iftar məclisi düzənlənib.

İftar məclisi hər zaman Şəhid ailələrinin və Qazilərin yanında olan Milli Məclisin (MM) sədr müavini Adil Əliyev tərəfindən təşkil olunub.

Məclisdə-iftar süfrəsində Bakıdan, Xaçmazdan, Qobustandan, Qubadan, Kürdəmirdən, Gəncədən, Sumqayıtdan, Neftçaladan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, tanınmış sənətkarlar-Xalq artistləri Nurəddin Mehdixanlı və Şeyx Əbdül Mahmudbəyov, məşhur futbolçu İsgəndər Cavadov, millət vəkilləri-Elşən Musayev, Razi Nurullayev və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Şəhidlərin ruhlarına dualar edilib, “Azan” oxunub, məclis iştirakçıları iftarlarını açıblar.

Tanınmış bədii qiraətçi Pünhan İsmayıllının aparıcılıq etdiyi məclisdə sonra çıxışlar edilib.

Vitse-spiker Adil Əliyev məclis iştirakçıları da daxil olmaqla, hər kəsi, bütün Azərbaycan xalqını təbrik edib.

O, bir daha hər bir kəsi Şəhid ailələrinin, Qazilərin yanında olmağa səsləyib.

“Biz hər zaman Şəhidlərimizə və onları bu Vətən üçün yetişdirən ailələrə-Şəhid ailələrinə, sağlamlığını Vətən yolunda qurban edən Qazilərimizə borcluyuq. Onları heç zaman unutmamalıyıq, yaddan çıxarmamalıyıq, daim onların yanında olmalıyıq…”-deyə, A. Əliyev əlavə edib.

Məclisdə həmçinin, Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar ifa edilib, musiqilər, şeirlər səsləndirilib.

Məclis iştirakçıları-Şəhid ailələri və Qazilər də öz növbəsində iftar məclisinə, hər zaman onların yanında olduğuna görə Adil Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Üç saatdan çox davam edən tədbirin sonunda xatirə fotoları çəkdirilb.

21:10

***

FOTOLAR:

***

***

Etikxeber.az

Read Previous

Daha bir məkanda Şəhid ailələri üçün iftar süfrəsi təşkil olundu-JURNALİST-YAZAR AYDIN TAĞIYEV TƏRƏFİNDƏN… – YENİLƏNİB – (1)

Read Next

Azərbaycan Ordusunun mövqeləri 30 dəfə atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir