Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Milli Məclisin İnsan hüquqları komitəsinin xeyli sayda məhkumun əfv olunması ilə bağlı Əfv Komissiyasına etdiyi müraciətlər müsbət nəticələnib. Ancaq bu barədə konkret rəqəm söyləyə bilmərəm”.
Bunu Etikxeber.az-a Milli Məclisin (MM) sədr müavini, İnasan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib.
Qeyd edək ki, 2016-ci ilin payız sessiyası dövründə İnsan hüquqları komitəsinə əfvlə bağlı 33 müraciət daxil olub.
Əfvlə bağlı daxil olan müracitələrin nə qədərinə müsbət cavab verilməsi ilə bağlı məsələyə aydınlıq gətirən B.Muradova bildirib ki, komitəyə bu yöndə hər sessiya müddətində çoxsaylı müraciətlər daxil olur və onlar da öz növbəsində Əfv Komissiyasına müraciət edir:
“Ancaq bizim müraciətimiz əsasında nə qədər məhkumun əfv olunması ilə bağlı konkret rəqəm yoxdur, sadəcə, Əfv Komisisyasının bir çox müraciətlərimizə müsbət cavab verərək, məhkumların azad olduqlarını bilirik…”
B.Muradava bildirib ki, həm komitəsnin sədri olduğu dövrdə, həm də MM-dəki fəaliyyəti dövrümdə onun özünə əfvlə bağlı çoxsaylı müraciətlər daxil olub.
“Biz yalnız, bizə müraciət edən insanların müraciəti ilə bağlı Əfv Komissiyasına məktub ünvanlayırıq. Çünki məhkumun əfvə düşməsi ilə bağlı müəyyən şərtlər və əsaslar var. Elə cinayət əməlləri var ki, həmin əməllərə görə məhkum əfv olunmur. Bir də insanlar məhkəmə hökmündən dərhal sonra əfvlə bağlı müraciət edir. Axı, məhkum ən azından ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra əfvlə bağlı müraciət edə bilər. Elə müraciətlər var ki, biz onun əfvə düşməyəcəyini bilirk. Bunu vətəndaşa izah edirik. Amma bütün bunlara rəğmən, bizə müraciət edənləri incitməmək, seçiciyə diqqətsizliyimizi göstərməmək üçün Əfv Komissiyasına müraciət edirik. Ən azından vətəndaşın mənəvi rahatlıq tapmasını istəyirik. Ona görə də müraciətlərin sayı çoxdur. Əfv Komissiyası da bizim müraciətlərimizə diqqətlə yanaşır və onları araşdırır”– deyə, komitə sədri sonra bildirib.
Etikxeber.az