VİZADA NÖVBƏDƏ İRANDIR? – Politoloqun baxışı

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan hər dəfə Bakıya gəldikdə viza məsələsini qaldırırdı. Ərdoğan bu məsələnin uzanmasından narahat idi. Ayrıca türk jurnalistlərin Azərbaycan prezidenti İlham Əliyevə verdikləri hər iki sualdan biri rəsmi Bakının Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı nə zaman ortadan qaldıracağı ilə bağlı idi. Azərbaycan rəsmiləri bunu hansısa texniki məsələnin həlli ilə əlaqələndirirdilər.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, əsl həqiqətdə isə Azərbaycan rəsmiləri ikili söhbətlərdə bunu təhlükəsizlik məsələləri ilə əlaqələndirirdilər, yəni, viza ortadan qaldırılsa Türkiyədən hansısa qruplar Azərbaycana gələ və bizə problemlər yarada bilərlər.

“Bu arqumenti əvvəldən qəbul etmirdim. Ona qalsa Türkiyə başqa dövlətlərin vətəndaşlarına viza tətbiq etmir və gərək indiyənə qədər problemlər içərisində boğulardı. Tam əksinə, Türkiyə və ya digər qonşumuz Gürcüstan viza prosedurlarından imtina etdikdən sonra turizmdə sıçrayış yaşayırlar. Türkiyə Azərbaycanın strateji müttəfidir və vizanın ortadan qaldırılmaması müttəfiqliyə kölgə salan yeganə amil idi. Gec də olsa doğru qərar verildi.

elxan-2

Bu arada başqa təklifim var. Rəsmi Bakı İran vətəndaşlarına tətbiq etdiyi viza sistemini də ortadan qaldırmalıdır. Onsuz da rəsmi Bakının yeni qərarından sonra Tehran Ankara kimi eyni xahişlə Bakıya müraciət edəcək. Çünki Türkiyə kimi İran da Azərbaycan vətəndaşlarına viza tətbiq etmir. İranla bağlı da müəyyən təhlükəsizlik məsələləri ön plana çıxa bilər.

Ancaq önəmli olan İranda yaşayan milyonlarla soydaşımızın Azərbaycana rahat gəlişini təmin etməkdir. Bunun Azərbaycan üçün geosiyasi əhəmiyyəti də var. Doğrudur, deyilə bilər ki, ABŞ-la Iran arasında müharibə başlasa qonşu ölkədən qaçqın axını ilə üzləşə bilərik. Ancaq belə bir ehtimal olsa biz onsuz da müharibədən qaçmaq istəyən soydaşlarımıza sərhəddin qapısını bağlı saxlaya bilməyəcəyik. Bu halda vizanın olmasının əhəmiyyəti yoxdur…”-deyə, politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Olimpiya Festivalı – RUSİYA BİRİNCİ, AZƏRBAYCAN İKİNCİ YERDƏDİR – NƏTİCƏLƏR

Read Next

“Yenə də fürsətcilllərə imkan verilmədi…”- ELDƏNİZ SƏLİMOV – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir