VİZASIZ REJİMİN İQTİSADİ FAYDALARI – Baxış

Tahir MİRKİŞİLİ: Viza rejiminin ləğvi Azərbaycan səfər edən Türkiyə vətəndaşlarının sayının artmasına müsbət təsir edəcək

Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir.

2019-cu ilin 6 ayı ərzində iki qardaş ölkə arasında ticarət dövriyyəsi 35% artmışdır. Azərbaycanın Türkiyəyə ixracı 2 dəfəyə yaxın artmışdır.

Həm xarici ticarət dövriyyəsində, həm də Azərbaycanın ixracında Türkiyə 2-ci ölkədir.

Digər tərəfdən, 2020-ci ildə Azərbaycanın Türkiyəyə yatırdığı xarici investisiyanın həcmi 20 mlrd dollar çatacaq ki, hazırda da Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir.

Türkiyə şirkətlərinin də Azərbaycan iqtisdiyyatına yatırımları 14 milyard dolları keçməkdədir.

Bu rəqəmlər və eyni zamanda birgə həyata keçirilən enerji, nəqliyyat layihələri hər iki ölkənin iqtisadiyyatlarının getdikca daha çox inteqrasiya olunduğunu deməyə imkan verir. Türkiyə vətəndaşları üçün sadələşdirilimiş visa rejiminin ləğv olunması yeni mərhələyə qədəm qoymuş iqtisadi əlaqələrin daha sürətlə inkişafına dəstək olacaqdır.

Ümumiyyətlə təcrübə göstərir ki, insanların maneəsiz hərəkəti ölkələr arasında kapitalın da sürətli hərəkətinə təkan verir və bu isə öz növbəsində iqtisadiyyatın dinamik inkişafını təmin edir.

Digər tərəfdən, 2019-cu ilin 6 ayının yekunlarına görə Azərbaycan səfər edən turistlərin sayının 12%-ni Türkiyə vətəndaşları təşkil edir. Azərbaycan turizm potensialı getdikcə artır, ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının sayı artır.

Düşünürəm ki, viza rejiminin ləğvi Azərbaycan səfər edən Türkiyə vətəndaşlarının sayının artmasına müsbət təsir edəcək. Hesab edirəm ki, bu istiqamətdə mövcud potensialdan daha çox istifadə etmək imkanı mövcuddur.

Ümumilikdə, Azərbaycanın dövlət idarəetməsində çevik məlumat bazalarının formalaşması və müasir texnologiyaların tətbiqi həm viza sistemlərinin asanlaşdırılmasına, həm də bir çox ölkələr üçün vizasız gediş gəliş sisteminin tətbiqinə imkan yaratmaqla yanaşı milli təhlükəsizliyin də qorunmasına imkan yaradır.

Tahir MİRKİŞİLİ,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Yenə də fürsətcilllərə imkan verilmədi…”- ELDƏNİZ SƏLİMOV – RƏYLƏR

Read Next

Bakının bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir