“Volkswagen” 49 mindən artıq maşınını geri çağırır

Almaniyanın və dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “Volkswagen” Konserni Çindən təqribən 49 min 480 avtomobilini geri çağırmaq barədə qərar qəbul edib.

Etikxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Çinin Keyfiyyətə Nəzarət və Karantin İdarəsi məlumat yayıb.
Məlumata görə, maşınların geri çağırılmasına səbəb, məhz, sürət və əyləc nəzarət sistemlərində qusurların aşkar edilməsidir.

Geri çağırılan modellər 2012-2015-ci ildə istehsal olunmuş “Beetle, və 2012-2013-cü ildə buraxılmış “Golf” modelləridir.

Şirkətin nasaz hissələrini pulsuz dəyişəcəyi bildirilib.

Qeyd edək ki, ötən il “BMW” Çindən 193 min 611 avtomobilini geri çağırıb.

Etikxeber.az

Read Previous

Qanunsuz ov etməyə cəhd edən 16 əcnəbi saxlanılıb

Read Next

Qazaxda silah alverçiləri tutuldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir