“Vorskla” “Qarabağ”la oyuna görə aksiya təşkil edəcək

UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçısı Ukraynanın “Vorskla” klubu “Qarabağ”la oyunda azarkeşlərin axınını təmin etmək üçün xüsusi aksiya keçirəcək.

Etikxeber.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, Poltava təmsilçisi “Qarabağ”la oyundan sonra milli çempionatda “Şaxtyor” klubu ilə qarşılaşmanın qiymətini cəmi 1 qrivna elan edib.

Qeyd edək ki, “Vorskla” – “Qarabağ” oyununun bilet qiyməti 50-dən 350 qrivnaya qədərdir.

Xatırladaq ki, bu qarşılaşma noyabrın 8-də Ukrayna vaxtilə saat 22:00-da keçiriləcək. “Vorskla” – “Şaxtyor” qarşılaşması isə noyabrın 11-də baş tutacaq.

Etikxeber.az

 

Read Previous

270 peşə standartı yenilənməli, mini üzrə standartların hazırlanması işləri yekunlaşdırılmalıdır – NAZİR

Read Next

AZƏRBAYCAN GÜRCÜSTANDA KİMİ PREZİDENT GÖRMƏK İSTƏYİR? – Baxış

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir