Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ərdoğan 149 millət vəkilini, o cümlədən, Tatlısəsi namizədlər siyahısına saldırmadı
Türkiyədə keçiriləcək 24 iyun növbədənkənar parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərin adları bəlli olub.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, Türkiyə qanunvericiliyinə əsasən, bu gün deputatlığa namizədlərlə bağlı partiyaların siyahılarının son müəyyənləşdirilmə və təqdimetmə günü idi.
Vural, Kaya, Çetinsiz MHP namizədləri…
Qeyd edək ki, partiyalardan ilk Dövlət Baxcalının lider olduğu Milliyyətçi Hərəkat Partiyası (MHP) öz namizədlər siyahısını müəyyənləşdirib, Türkiyə Mərkəzi Seçki Komissiyasına (Yüksək Süçki Kuruluna-red) təqim edib.
Ötən həftənin sonlarında MSK-ya təqdim olunan namizədlər siyahısına hazırda parlamentdə MHP-ni təmsil edən tanınmış ünlü isimlərdən bir neçəsinin adı salınmayıb, onlar siyahıdan kənarda qalıb.
Bunlar Oktay Vural, Azərbaycan əsilli Atilla Kaya, həmçinin, MHP əsas simlarından Şefkat Çetindir.
Onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın MHP-dən prezidentliyə namizəd göstərilməsinə etiraz etdikləri üçün növbəti dəfə deputatlığa namizəd göstərilməyiblər.
Kuzu, Ensarioğlu, Tayyar, Dişli… kənarda qaldı, Arınçın və Ağarın oğlanları isə namizədlər siyahısında yer aldı…
Hakim AKP öz növbəsində namizədlər siyahısını bu gün açıqlayıb və MSK-ya təqdim edib.
Yeni siyahıda 149 AKP-li millət vəkili yer almayıb.
Həmçinin, 25 nazirdən 5-i deputatlığa namizəd göstərilməyib.
Deputatlığa namizədliyi göstərilməyən tanınmışlar sırasında Burhak Kuzu, Qalib Ensarioğlu, Şamil Tayyar, Şaban Dişli və digərləri var.
Eyni zamanda, tanınmış sənətçi İbrahim Tatlısıs də AKP-nin namizədlər siyahısından kənarda qalıb.
AKP-nin 167 millət vəkili təkrar deputatlğa namizəd olaraq göstəriliblər.
AKP-nin siyahısında sürpriz isimlər də var.
Bunlar sabiq spiker və vitse-premyer Bülənt Arınçın oğlu və sabiq daxili işlər naziri Mehmet Ağarın oğlu, həmçinin, dünya çempionun Kənan Sofoğludur.
Baş nazir Bilnəli Yıldırımın namizədliyi yenidən İzmirdən irəli sürülüb.
Əski MHP-li və sabiq vitse-premyer, həmçinin, mərhum Alparaslan Türkeşin oğlu Toğrul Türkeş AKP-dən deputatlığa namizəd göstərilənlər arasındadır.
“Solçular” və Gül əleyhdarları Kılıcdaroğlunun qəzəbindən qurtula bilmədi…
“Ana müxalifət” partiyası olan Cümhuriyyət Xalq Partiyasına (CXP) gəlincə, burada namizədlər siyahısı ilə bağlı gərginlik hökm sürür, sular durulmaq bilmir.
CXP-dən prezidentliyə namizəd Muharrem İncənin tərəfdarları sayılan millət vəkillərinin böyük əksəriyyəti namizədlər siyahısından kənarda saxlanılıb.
Üst-üstə 61 CXP-li millət vəkili namizədlər siyahısına salınmayıb ki, bunlar arasında İlhan Cihaner, Mustafa Balbay, Eren Erdem, İsmət İnönünün nəvəsi Neslişah Bilgəhan kimi tanınmışlar var.
İncənin bu şəxslərin, xüsusilə də, adı “FETÖ”-çü kimi hallanan CXP-li millət vəkili Eren Erdemin təkrar namizədliyində israr etdiyi bildirilir.
CXP-nin siyahısında sürpriz isimlərdən biri kimi isə Konyadan namizədliyi irəli sürülən hakim AKP-nin 3 qurucusundan biri, sabiq vitse-premyer Abdullatif Şenerin adını göstərmək olar.
Onun “Səadət”in namizədi olacağı gözlənilsə də, CXP-dən namizəd olduğu bəlli olub və bu da CXP-də, onunKonya təşkilatında ciddi etirazlara gətirib çıxarıb.
Bununla yanaşı, sabiq daxili işlər naziri Fikri Sağların yenidən namizəd göstərilməməsi CXP-ni əməlli-başlı silkələyib.
Məlumatlara görə, CXP-nin Manisa təşkilatı bununla bağlı bütövlükdə istefa verib.
CXP-nin keçmiş genəl başqanı və aylardır xəstə yatan Dəniz Baykalın namizədliyi yenə Antalyadan irəli sürülüb.
Ümumiyyətlə, CXP-nin namizədlər siyahısında yer almayanlarının əksəriyyətinin “solçular” qanadının təmçsilçiləri və sabiq prezident Abdullah Gülün prezidentliyə namizədliyinin əleyhinə çıxanlar olduğu vurğulanır.
Halaçoğlu Kayseriyə getmədi və…
Prezidentliyə əsas namizədlərdən olan Meral Akşənərin liderlik etdiyi “İYİ Parti”nin namizədlər siyahısında da sürpriz isimlər yer alıb.
Bunlar Aydınn Sezgin, tanınmış yazar-jurnalist Mehmet Tezkan və sabiq prezident-mərhum Süleyman Dəmirəli şəxsi həkimi Aylin Cəsurdur.
Eyni zamanda, keçmiş MHP-li deputat və hazırda “İYİ Parti”ni parlamentdə təmsil edən 6 millət vəkillindən biri Yusuf Halaçoğlu namizədlər siyahından kənarda qalıb.
O, ailə durumu ilə bağlı Ankara və ya İstanbuldan namizədliyinin irəli sürülməsini istəsə də, doğulduğu Kayseridən deputatlığa namizəd göstərilib ki, bu da onun etirazına, nəticədə siyahıdan kənarda qalmasına səbəb olub.
Tan Karamollaoğlunu “seçdi”…
Terrorçu PKK-nın siyasi qanadı sayılan HDP-yə gəldikdə isə namizədlər siyahısı ilə bağlı gərginliklər davam etməkdədir.
Bir çox HDP-li deputatlar yeni namizədlər siyahısına salınmayıblar.
Həmçinin, HDP-li tanınmış millət vəkili Altan Tan bu dəfə namizədliyini Səadət Partiyasından irəli sürüb…
Etikxeber.az