Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir Şəhidimiz var.
Bu, Biləsuvar rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Vüsal İlkin oğlu Qənbərlidir.
Etikxeber.az xəbər verir ki, bu haqda Biləsuvarın parlamentdəki təmsilçisi-deputat Bəhruz Məhərrəmov öz “Facebook” səhifəsində yazıb, status paylaşıb.
Millət vəkilinin statusunu olduğu kimi təqdim edirik:
“Bu gün Azərbaycanın Qəhrəman övladı-Şəhid Qənbərli Vüsal İlkin oğlunun nəşi doğulduğu Biləsuvar rayonun Günəşli kəndində torpağa tapşırıldı. Vüsal sonuncu dəfə noyabr ayının 3-də ailəsinə zəng edərək, Xocavənd ətrafında döyüşlərdə yaralandığını bildirmiş, daha sonra yaxınları ondan xəbər ala bilməmişdi.
Nəhayət, Vüsal bu gün doğma Günəşlisinə qovuşdu…
Şəhidin atası ilə söhbət etdik, bütün acılara baxmayaraq qürurludur… Axı, Şəhid atası olmaq hər kəsə qismət olmur!
Vüsal artıq tək yaxınlarının yox, hamımızın qürur mənbəyimiz, qəhrəmanımızdır. Allahdan Vüsala rəhmət, ailəsinə səbr diləyirəm.
Əmin edirəm ki, bütün Şəhid ailələri kimi, onlar da bundan sonra həmişə dövlətimizin qayğısı ilə əhatələnəcək. Ruhun şad olsun, nur üzlü qəhrəmanımız!”
Allah rəhmət etsin, nur içində yatsın!
Etikxeber.az





