Xərçəngdən müalicə olunan tanınmış rejissorun xanımı: “2-ci kurs müalicə daha da ağır olacaq”

Xərçəngdən müalicə olunan tanınmış rejissor Şahin Zəkizadənin müalicəsinin birinci kursu başa çatıb.

Etikxeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı Səbinə Zəkizadə məlumat verib:

“Dualarınız və dəstəyiniz üçün hər kəsə minnətdaram. Allah hər şeyi ürəyinizə görə versin. Yoldaşımın 1-ci kurs müalicəsi bitdi. Analizlər götürüldü və cavablar çox sevindirici çıxdı. Bu cavab xəstəliyə bir addım da olsa qalib gəlməkdir. Şahinin xəstəliyi remesiyaya düşdü.

Bilməyənlərə qısa məlumat verim ki, qan xərçəngi sümük iliyinə işləyən xəstəlikdir. Allahıma şükür olsun ki, müalicə edildi və sümük iliyi təmiz çıxdı. Tək qanda qaldı. Allahın izni ilə 2-ci kurs müalicəsində də birdəfəlik təmizlənəcək. Ailəmiz adından Heydər Əliyev Fonduna minnətdarlığımızı bildiririk. 2-ci kurs müalicə daha da ağır olacaq. Qarşıda işıqlı gün olacağına görə, bu qaranlıq, çətin yolu keçməliyik. Hər kəsə təşəkkür edirəm”.

Etikxeber.az

Read Previous

Eldəniz Zeynalovun qızı: “Qardaşıma təcili böyrək köçürülməlidir…”

Read Next

Ərdoğanla Obama yenə görüşdülər – Bu dəfə telefonda…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir