Xəzərdə dalğanın hündürlüyü 4 metrə çatdı-FAKTİKİ HAVA

Faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a bildirilib ki, saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur.

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-yə çatır.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunur.

Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Gəncə, Şahdağda 20 m/s, Altıağac, Bərdə, Qobustanda 18 m/s, Tərtər, Şabran, Qubada 16 m/s-dək külək əsir.

Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti bu gün axşam saatlarından tədricən zəifləyəcək.

Etikxeber.az

Read Previous

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki oğlan övladından biri, ali təhsilli-BAXIŞ İLQAR OĞLU RƏHİMLİNİN BU GÜN ANIM GÜNÜDÜR…

Read Next

Şəhid Fariz Qurbanovun anası Mehriban Əliyevaya müraciət etdi: “BALAMIN ORDEN VƏ MƏNZİL HAQQININ TANINMASINA KÖMƏKLİK GÖSTƏRMƏYİNİZİ İSTƏYİRƏM”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir