Xəzərdə qanunsuz nərə balığı ovu ilə məşğul olan-20 NƏFƏR SAXLANILDI…

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Xəzər dənizində Azərbaycan Res­publikasının dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə təd­bir­lər davam etdirilir.

Etikxeber.az-ın xəbərinə görə, Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında bildirilir ki, son günlər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti böl­mələri tə­rəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitə­lərinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nə­rə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilib.

Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılıb, onlar­dan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri ol­ma­ları müəyyən edilib.

Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olun­­maları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Etikxeber.az

Read Previous

Ailənin 3 övladından biri, ali təhsilli, subay-ŞUŞA FATEHİ VÜSAL TEYMUROVUN ANIM GÜNÜDÜR – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

Daha 2001 yeni yoluxma-DAHA 19 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir