Xəzərdə SOCAR əməkdaşlarını daşıyan gəmi qəzaya uğradı: 5 nəfər xəsarət aldı

İyunun 28-də saat 13.50 radələrində SOCAR-ın Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirmiş 34 saylı meydançanın ayağına toxunub.

Etikxeber.az-ın Socar-ın saytına istinadən verdiyi xəbərə görə,  nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Etikxeber.az

Read Previous

“Beş, on il keçdi və…” – MİLLƏT VƏKİLİ

Read Next

Bir sıra xarici xüsusi xidmət orqanları ekstremist və terrorçu qruplaşmaları birbaşa dəstəkləyir – PUTİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir