“Xəzər”də və Ağsuda qaz təchizatı məhdudlaşdırılacaq

Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan Etikxeber.az-a verilən məlumata görə, sentyabrın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Albalı”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Ağsu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Ağsu rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Etikxeber.az

Read Previous

Əsədov AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin görüşündə iştirak edəcək

Read Next

Belə düşündünüzmü heç?.. Qənirə Paşayevadan növbəti yazı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir