Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İranın xarici işlər nazirinin müavini, Prezidentin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi üzrə aparılan danışıqlardakı xüsusi nümayəndəsi İbrahim Rəhimpur Moskvaya səfər edib.
Etikxeber.az-ın məlumatına görə, səfər zamanı rusiyalı həmkarı İqor Bratçikovla görüşən İ.Rəhimpur Xəzər dənizinin hüquqi statusuna dair fikir mübadiləsi aparıb. Görüşdə qeyd olunub ki, dənizin hüquqi statusunu müəyyən edəcək konvensiyanın hazırlanması üzrə işlər davam edir. Diqqətə çatdırılıb ki, bu sənəd üzərində bütün Xəzər sahili ölkələrinin təmsilçiləri işləyirlər.
Görüşdə vurğulanıb ki, İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirlərinin Xəzərin hüquqi statusu ilə bağlı növbəti Zirvə görüşü gələn il Astana şəhərində keçiriləcək.
Etikxeber.az