Xəzərin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb – VİTSE-SPİKER – YENİLƏNİB – (3)

Azərbaycanda 1992-ci illərdə qaz, elektrik yox idi. Heydər ƏliyevAzərbaycan enerjisi təhükəsizliyini, o cümlədən qida təhlükəsizliyini tam təmin etdi.

Etikxeber.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə (MM) Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri ilə görüşdə Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda çıxış edən vitse-spiker, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib.

Vitse-spiker deyib ki, Xəzər dənizinin hüquqi statusu müəyyənləşsə də, hələ də məsələ tam həllini tapmayıb:

“Heydər Əliyev 1993-1994-cü illərdə xarici şirkətlərin Azərbaycana dəvət edilməsi, sazişlərin imzalanması çox çətin idi. Saziş imzalamaq asan, ancaq bu sazişlərdə xalqın, dölətin maraqlarını qorumaq çətindir. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”imzalandı.  İmzalanma mərasimində şirkətlərlə bərabər həmin xarici dövlətlərin nazirləri də iştirak edirdilər, onlar da imza atdılar. Sonradan “Əsrin müqaviləsi” parlamentə qanun kimi qəbul edilmək üçün təqdim edildi.

Bir çox iqtisadçılar buna qarşı çıxırdılar. Bu saziş parlamentdə qanun kimi qəbul ediləndən sonra artıq bu saziş beynəlxalq sənəd və qanun kimi təsdiqləndi. Bunun əhəmiyyəti nə idi? O dövrdə Xəzərdə mübahisələr davam edirdi. Sənədin beynəlxalq saziş və qanun kimi qəbulu bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Bu, ilk baxışda xırda addım kimi görünsə də, gələcəyə hesablanmış böyük bir addım idi. Digər tərəfdən, “Əsrin müqaviləsi” Azərğaycanda qanun və normativ aktlardan üstündür. Bu, beynəlxalq investorların əmin bir şəkildə Azərbaycana sərmayə yatırması  üçün vacib idi”.

***

valeh-aleskerov

Komitə sədri: Kəmərdən asılı olmaq olmaz

Dostun, qardaşın olsa da, bir dövlətin ərazisindən keçən kəmərdən asılı olmaq olmaz

Bunu da V. Ələsgərov bildirib.

“Heydər Əliyevin iradəsi sayəsində Azərbaycan ən əlverişli şərtlərlə “Əsrin müqaviləsi”ni imzaladı. Xalq öz sərvətlərindən yararlana bilirsə, həmin sərvətinin sahibidir”-deyən V. Ələsgərov bildirib ki, Bakı-Novorssiyks kəməri yox idi, Novorossiyskdən Bakıya gələn kəmər vardı:

“1999-cu ilin aprelində Bakı-Supsa kəməri işə düşdü, həmin ilin noyabrında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı sənəd imzalanqdı. Hətta dostun, qardaşın olsa da, bir dövlətin ərazisindən keçən kəmərdən asılı olmaq olmaz. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə biz bu gün Qazaxıstan neftini də ixrax edə bilərik”.

O, nəzərə çatdırıb ki, Azərbaycan bu gün dünyada həm də tranzit, nəqliyyat imkanlarını təqdim edən ölkə kimi tanırır:

“Enerji təhlükəsizliyi dedikdə həm də Azərbaycana daxil olan vəsaitlərdən söhbət gedib. Ötən illər ərzində “Əsrin müqaviləsi”ndən mənfəət nefti hesabına Azərbaycana 130-140 milyard dollara yaxın vəsait daxil olub. Bu gün Azərbaycanın enerji cəhətdən-benzin, qaz, elektrik baxımından heç bir problemi yoxdur ”.

***

Balkan ölkələrinin, İtaliyanın Azərbycan qazından asılılığı artacaq 

TAP, TANAP 21-ci əsrin layihələridir.

Bu sözlər  V. Ələsgərova məxsusdur.

Vitse-spikerin dediyinə görə, böyük dövlətlərin həyata keçirmədiyi işləri 10 milyon əhalisi olan Azərbaycan qısa müddətdə həyata keçirib:

“Bu layihələr nəticəsində Balkan ölkələrinin, İtaliyanın Azərbycan qazından asılılığı artacaq. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artıracaq”.

***

2050-ci ildə və ondan sonra hansı enerjidən istifadə olunacaq? 

Torpaq altında “0” dərəcədən aşağı olan yerlərdə su ilə birgə donmuş trilyonlarla kubmetr həcmində qaz ehtiyatları var.

Bunu da V. Ələsgərov bildirib.

“1970-ci illərdə guya kömürdən istfiadənin dayandırılacağı barədə fikirlər səsləndirilirdi. O dövrdən indiyə qədər kömürdən istfiadə 4 dəfə artıb. Bu gün düynada ən çox istifadə edilən enerji vastəsi kömürdür”-deyən V. Ələsgərov deyib ki, 2050-ci ildə dünyada istifadə edilən enerjinin 80 faizi kömür, neft və təbii qazdan alınacaq:

“Yeni texnologiyalardan istifadə edilərək Azərbaycanda yataqlardan daha çox neft və qaz hasil ediləcək”.

MM-in sədr müavini nəzərə çatdırıb ki, dünyada və Azərbaycanda yeni yataqlar kəşf ediləcək:

“Torpaq altında 0 dərəcədən aşağı olan yerlərdə su ilə birgə donmuş trilyonlarla kubmetr həcmində qaz ehtiyatları var. Gələcəkdə təbii ki, belə yataqlardan da istifadə edilməsi texnologiyası tapılacaq. ABŞ 20 il əvvəl deyəndə ki, şist qazından istifadə edəcək, hamı gülürdü. Bu gün ABŞ bu sahədə lider mövqedədir, böyük həcmdə enerji resursları istehsal edir”.

***

İran-ABŞ gərginliyi hara gedir? 

Dünyada ən çox neft hasil və ixrac edən İran ABŞ-ın sanksiyaları ilə üzləşib. Bu, neft bazarına çox mənfi təsir edir.

Bu fikirlər də V. Ələsgərova məxsusdur.

“Bu, dünyada neft bazarında qiymətin yüksəlməsinə gətirib çıxara bilər”-deyən vitse-spikerin sözlərinə görə, bu proses sonra əks istiqamətdə də cərəyan edə bilər:

“Ona görə də böhran nə qədər tez aradan qaldırılsa, o qədər yaxşıdır. Məsələn, 1980-ci illərdə İraq-İraq müharibəsi başladı, neftin qiyməti 3 dəfə qalxdı. 1986-cı ildə isə neftin qiyməti 3 dəfə aşağı düşdü. SSRİ neft və qazdan böyük valyuta qazanırdı, bu valyuta mənbəyini itirdi. Odur ki, neft bazarı tarazlı inkişaf etsə, daha yaxşı olar”.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Həmin dövr parlamentinin qızıl dövrü idi…” – BAHAR MURADOVA – YENİLƏNİB – (1)

Read Next

İlham Əliyev Maksim Topilini qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir