Xələfov nazir müavini vəzifəsindən getdi, Qarayev isə Litvaya səfir göndərildi – SƏRƏNCAM(LAR)

Ölkə prezidenti İlham Əliyev X.A.Xələfovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:

1. Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ölkə prezidenti eyni zamanda, digər Sərəncamla Tamerlan Elmar oğlu Qarayevi Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Qeyd edək ki,  T. Qarayev son Sərəncama qədər Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrini icra edirdi.

Onu da qeyd edək ki, X. Xələfov isə baş nazir Novruz Məmmədovun imzaladağı Sərəncamla Nazirlər Kabineti Aparatının rəhbəti təyin edilib.

Etikxeber.az

Read Previous

2019-cu il nizamlanma prosesinə impuls verəcək – ƏLİYEV LAVROVLA GÖRÜŞÜNDƏ BELƏ DEDİ -FOTO

Read Next

Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı keçirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir