Xəzərdə hadisə yerinə helikopter göndərildi, ərazinin görüntüsü-PAYLAŞILDI – FOTOLAR – YENİLƏNİB

İyulun 4-də axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib. Şirkətin bütün dəniz özülləri və sənaye obyektləri fəaliyyətini normal rejimdə davam etdirir.

SOCAR-dan Etikxeber.az-a verilən məlumata görə, bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilmişdi.

Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub.

Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb.

Qeyd edək ki, neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.

***

Eyni zamanda, məlum hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub.

Bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb. Uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub.

Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur.

Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur.

Etikxeber.az

Read Previous

“Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”-SOCAR-DAN AÇIQLAMA – YENİLƏNİB – (2)

Read Next

4 bacının tək qardaşı-ŞƏHİD ƏLİ MƏMMƏDOVUN TORPAĞA TAPŞIRILMASINDAN 8 AY ÖTÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir