Xaçmaz öz Şəhidlərini-RƏŞAD SƏFƏRƏLİYEV, ORXAN ÇOBANOV, ORXAN DAŞDƏMİROV, XƏQANİ ƏSGƏROV VƏ İLHAM RƏŞİDOVU TORPAĞA TAPŞIRDI, DEPUTAT “ONLARIN QANLARI YERDƏ QALMAYACAQ”-DEDİ – FOTOLAR

Son günlər Qarabağın azad olunması uğrunda döyüşlərdə, əks-hücum, əks-həmlə əməliyyatlarında Xaçmaz rayonu da Şəhid verib.

Etikxeber.az-ın xəbərinə görə, torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıqla və igidliklə Şəhid olan xacmazlı hərbi qulluqçular bunlardır:

Səfərəliyev Rəşad Fərman oğlu, Rəşidov İlham Tahir oğlu, Çobanov Orxan Zahid oğlu, Daşdəmirov Orxan Rəfail oğlu ( Hulovlu kənd sakini ) və Əsgərov Xəqani Səfər oğlu (Xudat şəhər sakini).

Şəhidlər Xaçmaz rayonunda dəfn olunublar.

Dəfn mərasimlərində millət vəkilləri Eldəniz Səlimov Sevil Mikayılova, rayon İcra Hakimiyyətinin mümayəndələri, rayon sakinləri, hərbçilər iştirak ediblər.

Millət vəkili “Şəhidlər bizim baş tacımızdır, müqəddəs and yerimizdir, onların qanları yerdə qalmayıb və qalmayacaq. İgid, qəhrəman Ordumuz tezliklə işğala son qoyacaq, Qarabağımızı, digər yurd yerlərimizi işğaldan birdəfəlik qurtaracaq və bununla da Şəhidlərimizin ruhları şad ediləcək”-deyə, bildirib.

E. Səlimov həmçinin bildirib ki, dövlət başçısının da dediyi kimi, biz Zəfər qazanacağıq, Qarabağ Azərbaycandır və Azərbaycanın olacaq!

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram: Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır”-MEHRİBAN ƏLİYEVA

Read Next

Milli Məclis payız sessiyası başlayır-SABAH – GÜNDƏLİYƏ 22 MƏSƏLƏ DAXİL EDİLİB…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir