Xaçmazda-Qaraqurdluda 5 Şəhidin adını daşıyan “Şəhidlər bulağı”nın açılışı oldu-DAVUD HACIYEVİN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ YENİLƏNİB – (1)

Bu gün, 14 iyul tarixində Xaçmazın Qaraqurdlu qəbiristanlığında 5 Şəhidin-2016-cı ilin Aprel döyüşlərinin Şəhidi Elvin Mirzəyev və İkinci Vətən Müharibəsi Şəhidləri- Kərəm Veyisov, Davud Hacıyev, Rəşad Səfərəliyev və Rauf Babayevin adını daşıyan “Şəhidlər bulağı”nın açılışı olacaq.

Etikxeber.az xəbər verir ki, açılış mərasimi saat 10:00-da başlayacaq və təxminən bir saat çəkəcək.

Açılışdan öncə Şəhidlərin məzarları ziyarət olunacaq, məzarları üzərinə əklil və gül dəstələri qoyulacaq, ruhlarına dualar oxunacaq.

Mərasimdə Xaçmazdan və digər bölgələrdən (Kürdəmirdən, Mingəçevirdən, Astaradan, Bərdədən, Bakıdan) olan Şəhid ailələri, Qazilər, müharibə iştirakçıları, Xaçmaz ziyalıları və Xaçmaz rayon rəhbərliyi iştirak edəcək.

Açılışdan sonra isə Şəhid, evin-ailənin tək-yeganə övladı Davud Hacıyevin doğum günü ilə bağlı onun yaşadığı evdə tədbir düzənlənəcək.

Qeyd edək ki, Davud Hacıyevin bu gün 23 yaşı tamam olur.

Bu, onun Cənnətdəki-Cənnətindəki ilk ad günüdür.

00:00

***

Bu gün saat 10:00-da Qaraqurdlu qəbiristanlığında 5 Şəhidin adını daşıyan ehsan-“Şəhidlər bulağı”nın açılışı olub.

Qeyd edildiyi kimi, açılışda adları çəkilən 5 Şəhidin ailə üzvləri, yaxınları, o cümlədən, Xaçmazdan, Bakıdan, Qubadan, Bərdədən (Fəxri Qəribzadənin anası Mehparə xanım) gələn Şəhid anaları, Şəhid ailələri, Qazilər, Qaraqurdlu kənd və Xaçmaz sakinləri, məktəblilər və rayon rəhbərliyi iştirak ediblər.

Açılışdan öncə Şəhidlərin məzarları ziyarət olunub, məzarları üzərinə əklil və gül dəstələri düzülüb.

Sonra “Şəhidlər bulağı”nın açılış mərasimi başlayıb.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz rayon İcra Hakimiyyətin başçısı Elnur Rzayev Şəhidlərin ruhları və Şəhid ailələri qarşısında baş əydiyini bildirib.

Qeyd edib ki, İkinci Vətən Müharibəsi Azərbaycan xalqının Ali Baş Komandan ətrafında neçə sıx birləşdiyinin və düşmənə qarşı necə səfərbər olduğunun daha bir nümayişi oldu.

Onun sözlərinə görə, Azərbaycan xalqı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək, öz “Dəmir Yumruğ”u ilə düşmənin başını əzdi, onu məğlubiyyətə uğratdı, Azərbaycan oğullarının, Şəhid və Qazilərimizin sayəsində tarixi Qələbə və Zəfər qazanıldı.

“Qələbə və Zəfərimizdə iştirakı, əməyi, xidməti olan bütün Şəhidlərimizin ruhları qarşısında baş əyirik. Qələbə və Zəfərimizə görə, Ali Baş Komandanımız başda olmaqla, bütün Şəhidlərimizə, Qazilərimizə borcluyuq”-deyə, o, əlavə edib.

Daha sonra Şəhid ailələrindən-Şəhid Kərəm Veyisovun anası Nərgiz xanım, Mingəçevirdən Şəhid qardaşlar-Musa Tural Həsənovların anası Nəhayət xanım, Bakıdan Şəhid Sübhan Abdurəhmanlının anası Mehriban xanım, Davud Hacıyevin anası Validə xanım, Qubadan Şəhid Miqdad Abduləlimovun anası Tünzalə xanım və digərləri çıxış ediblər.

Şəhid anları bildiriblər ki, bugünkü dincliyimizə, əmin-amanlığımıza görə, Şəhidlərimizə minnətdar və borcluyuq.

Həmçinin qeyd ediblər ki, Şəhidlər hər birimizin, bütün Azərbaycan xalqının müqəddəs and yeri, baş tacıdır.

Vətəni Vətən edən məhz Şəhidlərimiz, Qazilərimizdir.

Şəhid Miqdad Abduləlimovun anası Tünzalə xanım isə rəhbəri olduğu Şəhid Ailələrinə Dəstək İctamail Birliyi tərəfindən Şəhid Davud Hacıyevin anası Validə xanıma və Şəhid qardaşlar-Musa və Tural Həsənovların anası Nəhayət xanıma medalyon təqdim edib.

Çıxışlar bitdikdən sonra Şəhid ailələri “Şəhidlər bulağı”nın üzərindən ağ örpəyi götürüb və bu, alqışlarla müşaiyət olunub.

Açılış və Şəhid məzarlarını ziyarət təxminən bir saat yarım çəkib.

13:00

***

Açılışdan və ziyarətdən sonra mərasim iştiraçkıları 23 yaşı tamam olan Şəhid Davud Hacıyevin Cənnətdəki ilk doğum günü ilə bağlı anası Validə Hacıyeva tərəfindən təşkil olunan tədbirə qatılıblar.

Təbdbirdə Davud Haclyev başda olmaqla, bir daha bütün Şəhidlərimizin əziz xatirəsi anılıb, ruhlarına dualar oxunub.

Şəhid anası isə öz növbəsində mərasim iştirakçılarına öz minnətdarlığını bildirib və onu belə bir gündə tək buraxmadıqları üçün hər kəsə təşəkkürünü ifadə edib.

Allah Davud Hacıyev də daxil olmaqla, bütün Şəhidlərimizin məkanını cənnətlik etsin!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Read Previous

“Narahat olmayın, hər şey yaxşıdır, az qalıb, düşmənin axırına çıxmışıq”-dedi və bir gün sonra Şəhidliyinə qovuşdu…ŞƏHİD SƏİD BAYRAMOVUN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU… – FOTOLAR

Read Next

“Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir…”-XİN-DƏN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir