Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
16 aprel 2023-cü il tarixində-günorta saatlarında Xaçmaz rayonunun sonuncu İkinci Vətən Müharibəsi Şəhidi-ailənin iki övladından biri, tək bacının tək qardaşı, anası tərəfindən təkbaşına böyüdülən, Babək adlı bir övladı Vətənə əmanət qalan, MAXE, 4 medallı Səbuhi Babək oğlu Hüseynlinin Anım Günü, ikinci ildönümü ilə bağlı Qusar rayonunda Şəhidin xidmət etdiyi-fəaliyyət göstərdiyi “N” saylı hərbi hissədə Anım tədbiri keçirilib.
Etikxeber.az xəbər verir ki, Anım təbdirində öncə hərbi hissənin Şəhidlərinin xatirəsi lövhəsi ziyarət edilib.
Sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Daha sonra çıxışlar edilib.
Çıxışlarda Səbuhi Hüseynlinin qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan danışılıb, İgidliyi və Qəhrəmanlığından söz açılıb.
Şəhidin ailəsinə-anası Samirə xanıma və bir övlad anası olan həyat yoldaşı Lamiyə xanıma Allahdan səbr və dözüm arzulanıb.
Şəhidin anası Samirə Əhmədxanova da öz növbəsində tədbiri təşkil etdikləri üçün hərbi hissənin rəhbərliyinə minnətdarlığını ifadə edib.
Bildirib ki, övladını-tək oğlunu ali təhsilli neft mütəxəssisi kimi görmək istəyib, amma Səbuhi daha çox hərbə, hərb sənətinə maraq göstərib.
“Mən istəyirdim ki, oğlum ali təhsilli və şöhrətli bir neftçi, neft mütəxəssisi olsun. Uşaqlıqdan onu bu istiqamətə yönəltməyə çalışırdım. Amma Səbuhi daha çox hərbə, hərb sənətinə maraq göstərirdi. Deyirdi ki, ana, ali təhsilli hərbçi kimi Vətənimə xidmət, qulluq etmək istəyirəm. Deyirdim ki, ay Səbuhi, neftçi də elə xalqına, millətinə xidmət edir, nə fərqi var, hərb olmasın, neft sahəsi olsun. O, isə yenə də hərbçi olmaq istədiyini deyirdi. Düzdür, ali təhsilli hərbçi olmaq arzusuna nail ola bilmədi, ancaq sonda yenə də hərb yolunu tutdu, hərbi seçdi…MAXE kimi fəaliyyət götərdi və Vətən yolunda Şəhid oldu”-deyə, Samirə xanım sözlərinə əlavə edib.
Bir saata yaxın davam edən tədbirdə həmçinin, Şəhidin ruhuna dualar edilib.
Məkanı cənnətlik, ruhu şad olsun!
Nur içində uyusun!
17:05
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU
Etikxeber.az




