Xalq artisti Adil Bağırovun 80 illik yubileyi qeyd olunub – FOTO

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun anadan olmasının 80 və səhnə fəaliyyətinin 60 illik yubileyi qeyd edilib.

Etikxeber.az xəbər verir ki, tədbir Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə təşkil olunub.

Gecənin aparıcısı, Əməkdar Artist Azad Şükürov bildirib ki, 1961–ci ildə Azərbaycan Televiziyası və Radiosunun rəhbərliyi tərəfindən tarzən Əhsən Dadaşova xalq çalğı alətləri ansamblı yaratmaq təklif edilib. Həmin il yaradılmış ansambla bir sıra tanınmış musiqiçilər cəlb olunub. Əməkdar Artist Əhsən Dadaşov bu ansambla 1976–cı ilədək rəhbərlik edib. Onun vəfatından sonra həmin kollektivə “Xatirə” ansamblı adı verilib.

Diqqətə çatdırılıb ki, 1976-cı ildən indiyədək bu ansambla Xalq Artisti Adil Bağırov rəhbərlik edir. Azərbaycan bəstəkarlarının əksəriyyəti bu kollektivlə birgə bir çox mahnılarını yazdırıb, radiomuzun musiqi fonotekasını xeyli zənginləşdiriblər. Ansambl xarici ölkələrdə və respublikamızın bir sıra bölgələrində qastrol səfərlərində olub.

Etikxeber.az

Read Previous

Bir sıra xarici xüsusi xidmət orqanları ekstremist və terrorçu qruplaşmaları birbaşa dəstəkləyir – PUTİN

Read Next

Salyanda 3 uşaq su çəninin altında qaldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir