Xalq artisti “Aşura” adlı qısametrajlı filmə çəkilir

Xalq artisti Həmidə Ömərova “Aşura” adlı qısametrajlı filmdə çəkilir.

Etikxeber.az-ın məlumatına görə,  filmin rejissoru Mehdi Yaqubov bildirib ki, ekran əsərində Aşura mərasimi haqqında səhnələr yer alıb. Həmidə Ömərova ekran əsərində yaratdığı obrazın dili ilə qızına və nəvəsinə bu mərasimlərlə bağlı məlumatlar verir.

Ssenari müəllifi bu filmdə insanları düşündürməyə çalışdığını bildirib. Ekran əsərində Xalq Artisti Həmidə Ömərova ilə yanaşı, aktrisalar Rada Nəsibova və Nigar Məmmədli də çəkiliblər.

Bu ekran əsəri rejissorun ikinci qısametrajlı filmidir.

Etikxeber.az

Read Previous

FHN-nin Qəbələdə keçirilən komanda-qərargah təlimləri başa çatdı

Read Next

İkitərəfli valyuta hərracının nəticələri açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir