Xalq artisti dünyasını dəyişdi…

Xalq Artisti Muxtar Maniyev dekabrın 22-də dünyasını dəyişib.

Bu barədə Etikxeber.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Xalq Artisti şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

Qeyd edək ki, Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərdəki 199 nömrəli məktəbdə alıb. Neft-Kimya İnstitutunda mühəndis ixtisasına yiyələnib. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib.

Muxtar Maniyevin kinoya gəlişi “Onu bağışlamaq olarmı?” filmi ilə başlayıb. Çox keçmədən ardınca “Koroğlu” filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Sonrakı illər bir-birinin ardınca “İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim” filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib. Ümumiyyətlə, sənətkar 150-dən çox filmdə bir-birindən maraqlı rollar yaradıb.

Etikxeber.az

 

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub

Read Next

Millimizin rəqibi heyətini açıqlayıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir